Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2014 » Sentyabr » 17 » Layihə çərçivəsində tədris ilinin başlaması münasibətilə tədbir keçirilib
08:57
Layihə çərçivəsində tədris ilinin başlaması münasibətilə tədbir keçirilib
Layihə çərçivəsində tədris ilinin başlaması münasibətilə tədbir keçirilib
+ - Çap Yerləşdirilib: 15.09.14 | Baxılıb: 21

qhtxeber.az// Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Gənclər sağlam həyat tərzi seçir: Narkotiklərdən əl çəkək” devizi altında “Gənclərin iştirakı ilə regionlarda avto-turun təşkili və idman tədbirlərinin həyata keçirilməsi” adlı layihə çərçivəsində tədris ilinin başlanması ilə əlaqədar elmi - nəzəri praktik konfrans və karate üzrə idman yarışı keçirib.

qhtxeber.az-ın məlumatına görə tədbir Azərbaycanın Dövlət Himni ilə başlayıb və Ulu Öndər Heydər Əliyevin və torpaqlarımzın müdafiəsi uğrunda həlak olmuş şəhidlərimizin ruhu yad edilib.

Tədbiri giriş sözü ilə acan GVB-nin sədri, Azərbaycanın fəxri bədən tərbiyəsi və idman işçisi Muğan Əliyev tədbir iştirakçılarını salamlayıb və layihə çərçivəsində keçirilən tədbirlərdən onun mahiyyətindən danışıb. Daha sonra sədr bildirib ki, hal - hazırda statistik məlumata görə, ölkədə narkotik istifadəçilərinin sayı hər il 1000-1500 nəfər artır: “Hazırda ölkədə 26 min 716 nəfər qeydiyyatda olan narkotika istifadəçisi var. Narkotika istifadəçiləri arasında gənclərin də sayı çoхdur. Gəlin narkotiklərə yox deyək”.

Həkim ekspert Ə. Abbasquliyev bildirib ki, narkotik maddə təkcə onu qəbul edən insanı məhv etmir, həmçinin narkomanın ailə üzvlərinin sağlamlığına mənfi təsir göstərir, onların uşaqları fiziki və psixiki çatışmamazlıqları ilə dünyaya gəlir. O, həmçinin bildirib ki. narkotiklər orqanizmə toksiki təsir göstərən və faciəli nəticələrə gətirən üzvi(təbii) və qeyri-üzvi (sintetik) maddədir .

Tədbirdə digər çıxış edənlər idmançılara sağlam həyat tərzini seçməyə çağırıb və idmançılardan ibarət qrup idman hərəkətləri nümayiş etdirib. Tədbir boyunca cəmiyyətin idmançıları tərəfindən tütünçəkmə və narkomaniyanın insan orqanizminə vurduğu zərərləri özündə əks etdirən fəsadlardan söhbət açıb. Eləcə də idmançıların sualları cavablandıraraq tövsiyələrini çatdırıblar.

Hamlet
Baxışlar: 509 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Sentyabr 2014  »
BBeÇaÇCaCŞ
 123456
78910111213
14151617181920
21222324252627
282930
Yazıların arxivi
Design by UsiGroup  © 2024