Layihə Abşeron və Bakıətrafı qəsəbə və kəndlərdə həyata keçiriləcək
Gənc Vətənpərvərlər Birliyi (GVB) "Narkomaniyaya yox, sağlam həyata hə” devizi altında gənclərin iştirakı ilə preventiv tədbirlərin və idman yarışların keçirilməsi adlı layihəyə start verib.
Birlikdən qhtxeber.az-a daxil olan məlumata görə, tədbiri giriş sözü ilə açan layihə üzrə təşkilat komitəsinin üzvü N. Qacayev icra olunan layihənin mahiyyətindən söhbət açıb.
Layihə rəhbəri M. Əliyev bildirib ki, layihə 3 ay müddətində Abşeron və Bakı ətrafı qəsəbə və kəndlərdə həyata keçiriləcək.
Layihənin əsas məqsədi gənclərin narkomaniyadan və pis vərdişlərdən uzaq olması üçün ümumtəhsil orta ixtisas və ali təhsil müəssisələrində, əyləncə mərkəzlərində və eyni zamanda idman cəmiyyətlərində bu çərçivədə maarifləndirmənin və idman tədbirlərinin keçirilməsidir.
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.
Hamlet
http://qhtxeber.az/news/a-33614.html
|