Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2010 » May » 18 » Laçının işğalından 18 il keçir
09:13
Laçının işğalından 18 il keçir
Şuşa şeherinin Turşsu deyilen erazisinden ve Ermenistanın Gorus rayonu istiqametinden hücuma keçen ermeni ordusu Laçını işğal edib

Laçın rayonunun Ermenistan silahlı qüvveleri terefinden işğal olunmasından 18 il ötür. On sekkiz ildir ki, 60 minden artıq laçınlı respublikanın 59 şeher ve rayonunda müveqqeti meskunlaşaraq, mecburi köçkünlük heyatı yaşayır. Rayonun bütün icra strukturları Ağcabedi rayonunun Taxtakörpü erazisinde fealiyyet gösterir.
Laçının etrafında yerleşen rayon ve yaşayış menteqelerini işğal eden ermeni silahlı qüvveleri intensiv olaraq ağır artilleriya silahlarından rayon merkezini ateşe tutublar. 1992-ci il may ayının 16-dan 17-ne keçen gece Şuşa şeherinin Turşsu deyilen erazisinden ve Ermenistanın Gorus rayonu istiqametinden hücuma keçen ermeni ordusu Laçını işğal edib. Qeyd edek ki, rayonun işğalını reallaşdıran düşmen qüvvelerinin böyük hissesi Laçın dehlizi vastesi ile daxil olub. Yerli sakinleri deyir ki, Laçın işğal olunmamışdan bir gün qabaq Azerbaycan Silahlı Qüvvelerinin böyük ekseriyyeti cebhe bölgesini terk edib.
Rayon icra hakimiyyetinin şöbe müdiri Mehemmed Şahbazov bildirmişdir ki, rayonun işğalı neticesinde 1 şeher, 1 qesebe, 125 kend, 13 min 745 ferdi ev, 48 senaye, 63 kend teserrüfatı obyekti, 101 mekteb, 5 mektebdenkenar, 2 mektebeqeder müessise, 1 peşe mektebi, 142 sehiyye, 217 medeni-maarif, 460 ticaret obyekti, 30 rabite qovşağı, xalq teatrı, tarix-diyarşünaslıq muzeyi, 200-den çox tarixi abide talan edilerek dağıdılıb. Qarabağ müharibesi cebhelerinde 267 laçınlı şehid olub, 66 nefer girov götürülüb, 105 nefer elile çevrilib.
Yetişmekde olan neslin doğma torpağı unutmaması üçün rayonun ümumtehsil mekteblerinde “Laçını nece tesevvür edirem”, “Vetene getmeyim gelir” mövzularında inşa yazı müsabiqeleri, “Laçın rayonu haqqında bildiklerimiz” adlı disputlar keçirilir. Bundan elave, “Laçın şehidleri and yerimizdir”, “Laçınlı milli qehremanlar” fotostendleri hazırlanır, Qarabağ müharibesi iştirakçıları ve rayon ziyalıları ile müntezem görüşler teşkil olunur. Taxtakörpü qesebesinde Qarabağ müharibesinde helak olmuş laçınlıların xatiresine abide kompleksi ucaldılıb.
On sekkiz illik mecburi köçkünlük heyatı yaşamalarına baxmayaraq, qürurlarını her zaman qoruyub saxlayan laçınlılar inanırlar ki, Dağlıq Qarabağ münaqişesi Azerbaycanın milli menafeyine uyğun hell olunacaq, işğal altındakı bütün erazilerimiz düşmen tapdağından azad edilecek.
anspress
Laçın rayonu haqqında daha etraflı melumat : az.wikipedia.org
Baxışlar: 2180 | Əlavə etdi: GVB | Reytinq: 4.2/6
Bütün şərhlər: 6
0 Spam
6 rustem  
pis deyil

0 Spam
5 eziz  
yaxsi melumatlardir

0 Spam
4 amil  
cox gozel

0 Spam
3 samir  
fuldu

0 Spam
2 elmir  
isgal olunmus torpaqlar geri qaytarilacaq

0 Spam
1 nihat  
cox gozeldir

Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  May 2010  »
BBeÇaÇCaCŞ
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Yazıların arxivi
Design by UsiGroup  © 2019