Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2024 » Mart » 29 » Kütləvi toplanış məkanlarında, elm və təhsil müəssisələrində terrora qarşı təbliğat və təşviqat işləri gücləndirilməlidir
10:44
Kütləvi toplanış məkanlarında, elm və təhsil müəssisələrində terrora qarşı təbliğat və təşviqat işləri gücləndirilməlidir
Kütləvi toplanış məkanlarında, elm və təhsil müəssisələrində terrora qarşı təbliğat və təşviqat işləri gücləndirilməlidir
Mart 29, 2024 6:36 admins 0 Comments
Qonşu Rusiyada baş verən dəhşətli terror hadisəsi və eləcə də onun təsirləri haqqında Gənc Vətənpərvərlər İctimai Birliyin sədri, ictimai xadim, Karate-do üzrə Azərbaycan fəxri bədən tərbiyəsi və idman işcisi Müqamət (Muğan) Süleyman oğlu Əliyev YeniMedia.net portalı əməkdaşına fikirlərini bildirib.

22 mart 2024 cü il tarixində “Crocus City Hall” konsert zalında baş vermiş dəhşətli terror aktı haqqında acı məlumatlar Gənc Vətənpərvərlər İctimai Birliyinin sədrii olaraq məni və birliyə üzv olan təşkilatların liderləri ilə çoxsaylı üzvlərimizi dərindən sarsıtdı.
Bu terror aktını GVİB-i olaraq şiddətlə qınayırıq. Gənc Vətənpərvərlər İctimai Birliyi və şəxsən öz adımızdan Rusiya xalqına, eyni zamanda həlak olmuş şəxslərin ailələrinə, yaxınlarına səbir, yaralananlara isə tezliklə şəfa diləyirik.

Bu kədərli hadisədən sonra ermənipərəst teleaparıcı, jurnalist Vladimir Slovyovun yanlış mövqeyi bizim hiddətimizə səbəb olub. V.Solovyov özünün təşəbbüsü ilə Azərbaycana münasibətdə informasiya təxribatı aparmaqla yanaşı iki dövlər arasında ziddiyyət formalaşdırır. Belə insanların lazımi qara qüvvələr tərəfindən təlimatlandırıldığı gün kimi aydındır və hər çıxışında da bunu birüzə verirlər. Öz ağlı ilə idarə olunmayan bir media nümayəndəsi olaraq, onlar Azərbaycana qarşı qara PR aksiyaları aparanda, əmrverənlərin sifarişini yerinə yetirirlər.

Ümumiyyətlə, Azərbaycanda fəaliyyət göstərən sosial şəbəkələrin istifadəçiləri, KİV nümayəndələri də yazdıqları məlumatlarda dəqiq olmalıdırlar. V.Solovyovun “Crocus City Hall”da törədilmiş təxrtibata etnik fon verməsi azərbaycanlıları, ümumən, Azərbaycanı hədəfə almaq, Rusiyada etnik münaqişə alovlandırmaq, həmvətənlərimizə münasibətdə antipatiya yaratmaq cəhdidir. Bu şəxsin hansı dairələrin “sifarişlərini” yerinə yetirdiyi məlumdur. Onun erməni əsillilər – rusiyalı jurnalist Marqarita Simonyanla və media maqnatı Aram Qabrielyanovla “işbirliyinin” təsdiqləyən faktlar həm Rusiya, həm də Azərbaycan ictimaiyyətinə yaxşı məlumdur.

Gənc Vətənpərvərlər İctimai Birliyi olaraq V.Solovyovun “Crocus City Hall” konsert zalında törədilmiş qorxunc terror aktı ilə bağlı mövqeyini, Azərbaycanı bu hadisə ilə əlaqələndirmək yönümlü informasiya təxribatını qətiyyətlə pisləyirik. GVİB -i Rusiya mediasına, eləcə də ölkə ictimaiyyətinə müraciət edərək, vətəni və xalqı qarşısında heç bir məsuliyyət hissi duymadığı aşkar görünən, peşəni qərəz alətinə çevirmiş ermənipərəst jurnalistin belə hərəkət və davranışlarına biganə qalmamağa çağırırıq.

Onu da qeyd etmək istəyirik ki, bu günlərdə Lənkəran İcra Hakimiyyətinin başcısına qarşı planlaşdırılmış terror aktının qarşısının alınmasında DTX-nın yüksək peşəkarlıq nümayiş etdirərək növbəti dəfə aşkarladığı terrora cəhd faktı da göstərir ki, indiki bu cür həssas dövrdə ölkəmizin qonşu dövlətlərlə quru sərhədlərinin açıq qalması respublikamız üçün necə təhlükəlidir. Hesab edirik ki, indiki şəraitdə quru sərhədlərin acılması ilə bağlı Azərbaycan Nazirlər Kabinetinin verdiyi qərar düzgün atılmış addımdır.

GVİB-i ümid edir ki, V.Solovyova qarşı zəruri ictimai qınaq formalaşacaq, bu şəxsin əməllərinə layiqli hüquqi qiymət veriləcək. Vətənpərvər və qalib ölkənin hər bir vətəndaşlarından xahiş edirik ki, terora qarşı ayıq-sayıq olaq. Eyni zamanda kütləvi toplanış məkanlarında, elm və təhsil müəssisələrində bu problemlərlə bağlı təbliğat və təşviqat işlərin gücləndirilməsi günün ən aktual mövzusu olmalıdır. Birliyin sədri olaraq ümidvarıq ki, tezliklə bu məsələ öz müsbət həllini tapacaq.
Baxışlar: 19 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Mart 2024  »
BBeÇaÇCaCŞ
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Yazıların arxivi
Design by UsiGroup  © 2024