Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2014 » Noyabr » 13 » Konstitusiya günü ilə bağlı tədbir keçirilib
08:26
Konstitusiya günü ilə bağlı tədbir keçirilib

Gənc Vətənpərvərlər Birliyi (GVB) Gənclər və İdman Nazirliyinin dəstəklədiyi layihə çərçivəsində Konstitusiya gününə həsr olunmuş elmi - nəzəri praktik konfrans və daxili idman yarışları keçirib.

Tədbiri giriş sözü ilə açan birliyin mətbuat və informasiya şöbəsinin koordinatoru P. Səfərov layihə çərçivəsində keçirilən tədbirlərin mahiyyəti barədə məlumat verib.

İctimai Birliyin sədri M. Əliyev Azərbaycan xalqını və tədbir iştirakçılarını Konstitusiya günü münasibəti ilə təbrik edib. Bildirib ki, dünyada Konstitusiya ilk dəfə 1215 -ci ildə İngiltərədə təsbit olunub. Həmin vaxt bu ölkədə qəbul olunan azadlıqların Böyük toplusu ilk konstitusiya aktı sayılır: “İlk yazılı ali qanun isə ABŞ Konstitusiyadır. Azərbaycanda isə Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu əsasında qəbul edilmişdir. Konstitusiya – hökumət qanunlarının kulliyyatı deməkdir, hansı ki hökumətin fəaliyyətini nizama salır, insanların cəmiyyətdə və biri-birinə əxlaqi davranışlarını qaydaya salır. Bu, Respublikanın ərazi bütövlüyünü, müstəqilliyini, xarici və daxili siyasətini müstəqil qurmasını elan edən bir sənəddir.

Azərbaycan Beynəlxalq Arbitraj Məhkəməsinin sədr müavini A. Əsədov qeyd edib ki, Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir. Konstitusiyaya ilk əlavə və dəyişiklik 24 avqust 2002-ci ildə, son əlavə və dəyişikliklər isə 18 mart 2009 -cu ildə referendum yolu ilə edilib.
1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-i Konstitusiya günü elan edilib.

Digər çıxışlardan sonra tədbir idman bölmələrində davam etdirilib .

Hamlet

http://qhtxeber.az/news/a-37891.html

Baxışlar: 605 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Noyabr 2014  »
BBeÇaÇCaCŞ
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30
Yazıların arxivi
Design by UsiGroup  © 2024