Gənc Vətənpərvərlər Birliyi (GVB) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə "Gənclər sağlam həyat tərzi seçir: Narkotiklərdən əl cəkək” devizi altında “Gənclər bizim gələcəyimizdir, gəlin onları zərərli vərdişlərdən qoruyaq” mövzusunda elmi nəzəri praktik konfrans və təlim keçirilib.
qhtxeber.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə DİN-in İdman Cəmiyyətinin fiziki təlim şöbəsinin rəisi polkovnik İ. Siracov açıb. O, qeyd edib ki, bu yönlü tədbirlərin keçirilməsi çox vacibdir. “Bu problem müasir dövrümüzdə qlobal problemlərdən birinə çevrilmiş və bu sahədə maarifləndirici tədbirlərin keçirilməsini vacib hesab edirəm”.
Layihə rəhbəri M. Əliyev narkomaniya, siqaret, alkoqol və s. zərərli vərdişlər barədə qısa məlumat verib. Sonra isə İctimai birliyin həkim-eksperti bu mövzular ətrafında geniş mühazirə ilə çıxış edib.
Digər çıxış edənlər idmançıları sağlam həyat tərzini seçməyə çağırıb və idmançılardan ibarət qrup idman hərəkətləri nümayiş etdiriblər. Tədbir boyunca cəmiyyətin idmançıları tərəfindən tütüncəkmə və narkomaniyanın insan orqanizminə vurduğu zərərləri özündə əks etdirən fəsadlardan söhbət acıblar. Eləcə də idmançıların suallarını cavablandıraraq tövsiyələrini çatdırıblar. Layihə iştirakçıları əsasən 14-29 yaş arası olan gənclərdən ibarət olub. Narkomaniya və QİÇS-lə bağlı gənclərə maarifləndirici bukletlər və informasiya materialları paylanılıb. Təlim idman bölmələrində davam etdirilib.
http://qhtxeber.az/news/a-36250.html
|