Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2015 » Noyabr » 2 » İDMANCI LAR NARKOTİKƏ YOX DEYİR
14:58
İDMANCI LAR NARKOTİKƏ YOX DEYİR
İDMANCI LAR NARKOTİKƏ YOX DEYİR

GƏNC VƏTƏNPƏRVƏRLƏR BİRLİY Azərbaycan Respublikasının Prezidenti yanında Q!HT Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclər Narkomaniya və QİÇS əleyhinə “ devizi altında kütləvi idman tədbirlərin təşkili ” adlı layihə çərçivəsində Nərimanov rayon “ŞUA” İdman Sağlamlıq Kompleksində "Gelecəyimizi qoruyaq" mövzusunda elmi praktik konfrans və təlim kecirilmişdir. Konfransı giriş sözü ilə açan layihə rəhbəri Müqamət Əliyev “Narkomaniya nədir? “ mövzusuna geniş yer ayıraraq tədbir iştirakçılarının nəzərinə catdırmış ki, həyat fealiyyətinin kobud sürətdə pozulmasına və sosial tənəzzülə gətirib çıxaran ağır xəstəlikdir. İnsan narkotik maddədən asılı olur və zəif əxlaqsız qula bənzəyir .İnsan hər şeyi sağlamlığını ,qüvvəsini və özünə hörməti itirir Narkotik maddə təkcə onu qəbul edən insanı məhv etmir, həmçinin narkomanın ailə üzvlərinin sağlamlığına mənfi təsir göstərir,onların uşaqları fiziki və psixiki çatışmazlıqlar ilə dünyaya gəlir. Narkotiklər orqanizmə toksiki təsir göstərən və faciəli neticələrə getirən üzvi və qeyri-üzvi sintetik maddədir

Həkim ekspert Ə.Abbasquliyev qeyd edərək bildirdi ki, İnsanlar necə narkotiklərdən asılı olurlar? mövzusuna toxundu və qeyd etdi ki, sağlam insanların dairəsinə daxil olarkən, narkotik maddələri yayan şəxslər onları tez yaymağa çalışır ki, sağlam insan heç olmasa bir dəfe narkotik maddə qəbul etsin. Onların məqsədi sizi narkotik maddədən asılı vəziyyətə salmaqdır. Hətta narkotik maddənin kiçicik bir dozası belə sizin üçün təhlükəli ola bilər.

Daha sonra Ə. Abbasquliyev bildirdi ki, hal hazırda statistik məlumata görə 28790 qeydiyyatda olan narkoman var, daşıyıcılar isə ondan on dəfə çoxdur. Bu isə bizim gələcek nəsil üçün təhlükədir. Gəlin narkomaniyaya yox deyək .Tədbirdə idman ictimaiyyəti ,QHT nümayəndələri, idmançılar, məşqçilər çıxış etdilər və bu yönümlü tədbirlərin keçirilməsi tövsiyyə olundu və təşkilat komitəsi yarandı
GVB-n”Oyama” karate idman klubun prezidenti H.Əlili gənclərdə hərbi vətənpərvərlik ,fiziki və psixoloji hisslərinin gücləndirməsində və təşkilatçılıq fəaliyyətinə görə fəxri diploma layiq görüldü.
Konfransın sonunda, təlim idman bölmələrində davam etdirildi. Layihə iştirakçıları əsasən 14-29 yaş arası olan gənclərdən ibarət olub. Narkomaniya və QİÇS-lə bağlı gənclərə maarifləndirici bukletlər və informasiya matrialları paylanılıb .




GVB-nin Mətubat və informasiya şöbəsi
Baxışlar: 435 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Noyabr 2015  »
BBeÇaÇCaCŞ
1234567
891011121314
15161718192021
22232425262728
2930
Yazıların arxivi
Design by UsiGroup  © 2024