Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2023 » Dekabr » 12 » "Heydər Əliyev və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi”
15:10
"Heydər Əliyev və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi”
"Heydər Əliyev və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi”
Azərbaycan Respublikasının Gənclər Fondun maliyyə yardımı ilə Gənc Vətənpərvərlər İctimai Birliyi (GVİB ) ” Gənclər arasında Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbçilərimizin, həmçinin qazi və qəhrəmanlarımızın təbliğ olunması “adlı layihə çərçivəsin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecində “Heydər Əliyev və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi “ mövzusunda elmi praktik konfrans keçirib.
Tədbirdə Kolecin pedaqoji kollektivi , gəncləri ,Gənc Vətənpərvərlər İctimai Birliyinin fəxri üzvü Z.Kasımov , İdarə Heyətin üzvləri, ictimaiyyət nümayəndələri ,Qarabağ qaziləri və digər qonaqlar iştirak etmişdirlər.
İlk öncə dövlət himni səsləndirilmiş Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra Ulu öndər Heydər Əliyevə həsr olunmuş video-çarxa baxılmışdır.
Tədbiri giriş sözü ilə açan Sənaye və Texnologiya Kollecin direktoru Faiq Şaxbaslı tədbir iştirakcılarını salamladı və tədbirin əhəmiyyətindən danışaraq qeyd etdi ki, əsas məqsəd gənc nəslə hərbi vətənpərvərlik tərbiyəsini aşılamaqdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan olunmuşdur.
Bu məqsədlə Respublikamızın hər bir guşəsində olduğu kimi Sənaye və Texnologiya Kollecində silsilə tədbirlər keçirilməkdədir. Ulu öndər Heydər Əliyevin ordu quruculuğu, onun formalaşdırılması və inkişafı istiqamətindəki xidmətlərindən danışan natiq vurğulamışdır ki, bu strategiya cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Layihə rəhbəri Azərbaycanın fəxri bədən tərbiyəsi və idman işçisi Müqamət Süleyman oğlu Əliyev icra olunam layihənin məqsəd və vəzivəsindən danışdı. M.Əliyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində həyata keçirilən islahatlardan danışaraq 44 günlük Vətən müharibəsində gənclərimizin göstərdiyi şücaətdən qürurlandığını bildirmişdir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ölkəmizdə ordu quruculuğunun və gənclər siyasətinin banisi olduğunu, bu gün cənab Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında bu sahələrdə ardıcıl iş aparıldığını, dünyanın ən qabaqcıl orduları sırasında olan bir orduda xidmət keçməyin gənclərimiz üçün böyük şərəf olduğunu, Azərbaycanın sabitlik və inkişafının qarantı olan vətənpərvər dövlət başçımızın ətrafında Vətəni qorumaq ideyası naminə sıx birləşmək hər bir Azərbaycan gəncinin vətəndaşlıq borcu olduğunu bildirmişdir
Aynur Zülvüqarlı bildirdi ki Azərbaycan Respublikasının Prezidenti 2020-ci ilin dekabrında Vətən müharibəsinin yekunları ilə bağlı bir neçə fərman və sərəncam imzaladı. Bu sənədlər əsasında: Hər il üçün 8 noyabr Zəfər Günü və 27 sentyabr Anım Günü təsis edildi.
Bununla yanaşı hesab edirəm ki, gənclərimizdə vətənpərvərlik hisslərinin aşılanması, onlarda vətən sevgisinin və məsuliyyətlərinin daha da artırılması üçün qeyri-hökumət təşkilatları, xüsusilə də gənclər təşkilatlarının da öhdəsinə böyük məsuliyyət daşıyır.
Tədbirdə digər çıxış edənlər qazi Qaibov Şamxal, qazi Məhəmməd Ağalarzadə, qazi Elşən Ağabəyov,Kolecin tələbələri və digərləri Ulu öndərin həyat və yaradıcılığından ,vətənpərvərlikdən danışaraq, bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
Sonda mövzulara aid fotoslaydlar və vidoçarxlar nümayiş olunmuş suallar cavablandırılmışdr.
Tədbirin sonunda iştirakçılara, layihə çərçivəsində nəşr edilmiş buklet, üzərində Gənclər Fondunun və Gənc Vətənpərvərlər İctimai Birliyinin loqoları əks olunmuş köynəklər ,Ulu Öndərin əksi olunmuş döş nişanı və sertifiksatlar paylandı.
Tədbirin keçirilməsində əsas məqsəd gənclərdə vətənpərvərlik tərbiyəsini yüksəltmək olub, gənclərin vətənə məhəbbəti, milli-mənəvi dəyərlərə bağlılığı ön plana çəkilib, düşmənlərin Azərbaycana vurduğu zərərlər haqqında geniş məlumat verməkdir.
Qeyd edək ki, layihə Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir.

GVİB –n KİV üzrə şöbəsir.
Baxışlar: 80 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Dekabr 2023  »
BBeÇaÇCaCŞ
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Yazıların arxivi
Design by UsiGroup  © 2024