Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondun maliyyə dəstəyi ilə " Yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması və milli-mənəvi dəyərlərin təbliği” adlı layihə çərçivəsində Nizami rayon 10 saylı tam orta məktəbində "Heç vaxt unutmarıq səni, Xocalı!” mövzusunda elmi-praktik konfrans keçirib. Tədbir i giriş sözü ilə acan 10 saylı tam orta məktəbin direktoru L. Məmmədova acaraq Xocalı şəhidlərinin və bütün şəhidlərimizin ruhları birdəqiqəlik sükutla yad etdikdən sonra , qeyd edərək bildirdi ki, Şəhid sözü “gördüyünü və bildiyini söyləyən”, “hər hansı bir hadisənin şahidi olan” mənalarına gəlir. “Şəhid” “şahid” sözünün mübaliğə formasıdır deyən L. Məmmədova bildirdi ki, yeniyetmə və gənclər arasında vətənpərvərlik hislərinin gücləndirilməsi və Azərbaycanlılara qarşı törədilən soy qırımı haqqında marifləndirmə işlərinin aparılması vacibdir. Layihə üzrə təşkilat komitəsinin üzvü N. Qacayev bildirdi ki, layihənin əsas məqsədi gənclərin milli hərbi vətənpərvərlik hislərinin gücləndirilməsi ,narkomaniyadan və pis vərdişlərindən uzaq olması üçün ümumtəhsil orta ixtisas və ali təhsil müəssisələrində və eyni zamnanda idman cəmiyyətlərində bu çərçivədə marifləndirmənin və idman tədbirlərinin kemirilməsidir Tədbir Xocalı faciəsinin XX əsrin ən dəhşətli faciəsi olduğu vurğulanıb. Bildirilib ki, bu faciənin öz qiymətini beynəlxalq aləmdə alması üçün ümumtəhsil məktəblərində, idman cəmiyyətlərində gənclər və yeniyetmələr arasında maarifləndirmə işlərini gücləndirmək lazımdır. Azərbaycanda fəaliyyət göstərən QHT-lər dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların, insan hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatların diqqətini bir daha Xocalı soyqırımına cəlb edərək onları bu vəhşiliyə, özbaşınalığa, misli görünməmiş ədalətsizliyə öz münasibətlərini bildirmələrinə nail olmaq vacibdir.
Layihə rəhbəri, GVB-nin sədri M.Əliyev ,AMEA –n elmi işcisi GVB -n səlahiyyətli nümayəndəsi S.Zülfüqarova vurğulayıb ki, bəşər tarixində görünməyən XX əsrin ən dəhşətli Xocalı faciəsi unudulmamalı, yaddaşlarda yaşamalı, gələcək nəsil də bilməlidir ki, düşmənlərimiz kimdir və hansı vəhşiliklər törədiblər. Tədbir sinif bölmələrində diskusiya şəkilində davam etdirilib , tədbir iştirakcılarına buklet və braşuralar paylanıb .Sonda bir qurub birliyin üzvləri Xocalı abidəsinə gələrək gül dəstələrilə faciyədə həlak olanları yad ediblər
Tədbir BMM davam etdirilib, Gənc Vətənpərvərlər Birliyi, onun regional şöbələri və üzv olan təşkilatların Xocalı faciəsinin ildönümü ilə bağlı birgə müraciəti qəbul olunub. Müraciətdə Azərbaycanın tarixən öz azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizə apardığı qeyd olunub. Müraciətdə həmçinin Azərbaycanın müstəqilliyinin ilk illərindən ətibaren erməni işğalçılarına qarşı mübarizə aparmaq məcburiyyətində qaldığı vurğulanıb. "Xocalı soyqırımı tariximizə qara hərflərlə yazılıb. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Xankəndi ilə Əskəran arasında yerləşən Xocalı şəhərində tarixdə görünməmiş qətliam törədilib. Bir gecədə 613 dinc əhali, o cümlədən 63 uşaq,106 qadın, 70 qoca öldürülüb. Onlardan 56 xüsusi qəddarlıq və işgəncələrlə qətlə yətirilib, 27 ailə tamamilə məhv ədilib, 230 ailə başsız qalıb, 1275 nəfər əsir alınıb”,-deyə müraciətdə vurğulanıb
|