Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2018 » Fevral » 22 » Heç vaxt unutmarıq səni, Xocalı!”
15:10
Heç vaxt unutmarıq səni, Xocalı!”
qhtxeber.az// Gənc Vətənpərvərlər Birliyi “Heç vaxt unutmarıq səni, Xocalı!” mövzusunda elmi-praktik konfrans keçirib.
qhtxeber.az-a daxil olan məlumata görə, tədbir Xocalı faciəsi qurbanlarının və bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbiri giriş sözü ilə açan GVB-nin sədri Müqamət Əliyev Xocalı faciəsi haqqında ətraflı məlumat verərək bu dəhşətli faciənin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu söyləyib, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən ətraflı danışıb.

Çıxışlarda Xocalı haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün dövlətimizin bütün zəruri addımları atdığını qeyd edilib.

Tədbirin sonunda Gənc Vətənpərvərlər Birliyinin Xocalı faciəsinin ildönümü ilə bağlı müraciəti qəbul olunub.

Müraciətdə Azərbaycanın tarixən öz azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizə apardığı qeyd olunub. Müraciətdə həmçinin Azərbaycanın müstəqilliyinin ilk illərindən etibarən erməni işğalçılarına qarşı mübarizə aparmaq məcburiyyətində qaldığı vurğulanıb. "Xocalı soyqırımı tariximizə qara hərflərlə yazılıb. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Xankəndi ilə Əskəran arasında yerləşən Xocalı şəhərində tarixdə görünməmiş qətliam törədilib. Bir gecədə 613 dinc əhali, o cümlədən 63 uşaq,106 qadın, 70 qoca öldürülüb. Onlardan 56 xüsusi qəddarlıq və işgəncələrlə qətlə yətirilib, 27 ailə tamamilə məhv edilib, 230 ailə başsız qalıb, 1275 nəfər əsir alınıb”,-deyə müraciətdə vurğulanıb.

Sonda bir qrup gənc fəal “Ana harayı” abidəsini ziyarət edrək abidətə gül dəstələri düzüb.
Baxışlar: 313 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Fevral 2018  »
BBeÇaÇCaCŞ
    123
45678910
11121314151617
18192021222324
25262728
Yazıların arxivi
Design by UsiGroup  © 2024