Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2015 » Sentyabr » 21 » Hansı heyvanlar qurban kəsilə bilər? Kimlər qurban kəsməlidir?
07:50
Hansı heyvanlar qurban kəsilə bilər? Kimlər qurban kəsməlidir?
Hansı heyvanlar qurban kəsilə bilər? Kimlər qurban kəsməlidir?
“Qurban kəsmə adətinin çox qədim tarixi var. “Qurani-Kərim”də verilən məlumatlara görə, ilk qurban kəsmə adəti Hz. Adəmin dövründən başlayır. Adəm peyğəmbərin övladları Habil və Qabil arasında yaranan bir mübahisənin nəticəsində Allah onlara qurban kəsməyi əmr etdir”.
Bildiyiniz kimi Habil və Qabil öz heyvanlarının içərisindən bir qurban seçərək, Allaha qurban kəsmək üçün gətirirlər: “Allah Habilin qurbanını qəbul edir. Çünki Allaha layiq qurbanı seçməkdə Habil daha səmimi davranır, öz sürüsünün ən yaxşı qoçunu seçir. Bizim bu gün həyata keçirdiyimiz qurban adətinin tarixi belə başlayır”.
“Bu hadisə haqqında “Qurani-Kərim”in “Saffat” surəsində məlumat verilir. O məlumata əsasən, İbrahim peyğəmbər Allaha bir övladının olmasını üçün dua edir, Allahla əhd kəsir ki, əgər bu duası qəbul olunarsa, o həmin övladını Allaha qurban edəcək. Allah sevimli peyğəmbərinin bu istəyini yerinə yetirir, ona oğul verir, İsmayıl dünyaya gəlir. Lakin rəvayətlərə görə, İbrahim peyğəmbər Allaha verdiyi əhdi unudur, müəyyən vaxt keçməsinə baxmayaraq, oğlunu qurban etmir. Hz. İbrahim bir gün yuxuda görür ki, oğlunu Allaha qurban edir və əhdini xatırlayır. Oğlu İsmayıla məsələni açıb deyir, onun fikrini öyrənir. Oğlu da cavabında atasına bildirir ki, Allah nə əmr edirsə, onu yerinə yetir, gör mən necə səbir edənlərdən olacağam. Beləcə ata və oğul Allahın əmrinə böyük təslimiyyətlə tabe olur. Lakin mərhəmətli Allah peyğəmbərə qurban kəsməsi üçün qoç göndərir və Hz. İbrahimə oğlunu deyil, qoçu qurban kəsməsini buyurur”.
Qurban ibadəti islama hicrətin ikinci ilində daxil olub: “ Allah “Qurani-Kərim”in “Kovsər” surəsində müsəlmanlara namaz qılmağı və qurban kəsməyi əmr edir”.
Bu hadisədə İbrahim peyğəmbərin və oğlu İsmayılın Allaha təslimiyyətini görürük: “ Həm Hz.İbrahim, həm də oğlu Allahın əmrinə itaət etməkdə çox səmimi və təqvalı idilər. Bütün ibadətlərin olduğu kimi qurbanın da dərin fəlsəfəsi var. Qurban ibadətinin fəzilətləri haqqında çox danışmaq olar. Mən bir neçə əsas məqamları qeyd etmək istəyirəm. Bunlardan ən əsası insana mənəvi təsirləridir”.
İlk növbədə insan qurban kəsərkən, Allaha olan təslimiyyətini, təqvasını xatırlayır: “ “Qurani-Kərim”in “Həcc” surəsinin 37-ci ayəsində buyrulur ki, kəsilən qurbanların nə əti, nə də qanı Allaha çatmaz, Allaha çatacaq olan yalnız sizin təqvanızdır. Qurban ibadəti bizə Allah yolunda paylaşmağı, kasıblara əl tutmağı öyrədir. Təsəvvür edin ki, günlərlə, həftələrdə ət yeməyən insanlar var. Qurban bayramında kasıbların da üzü gülür. Bu ibadətin həm də sosial tərəflərini göstərir. Qurban Allaha olan sevginin isbatıdır. Yaradana olan sevgimizi göstərmək üçün bizim üçün dəyərli olanlardan infaq etməliyik”.
Baxışlar: 444 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Sentyabr 2015  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Yazıların arxivi
Design by UsiGroup  © 2024