Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2017 » Dekabr » 5 » Hərbi vətənpərvərlik tərbiyəsinin təbliğində Aprel döyüş-lərinin rolu” mövzusunda tədbir keçirilib.
13:06
Hərbi vətənpərvərlik tərbiyəsinin təbliğində Aprel döyüş-lərinin rolu” mövzusunda tədbir keçirilib.
Hərbi vətənpərvərlik tərbiyəsinin təbliğində Aprel döyüş-lərinin rolu” mövzusunda tədbir keçirilib.

Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi " “Gənclər arasında vətənpərvərlik tərbiyəsinin təşviqi ” adlı layihə çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Hərbi vətənpərvərlik tərbiyəsinin təbliğində Aprel döyüş-lərinin rolu” mövzusunda elmi nəzəri praktik konfrans keçirib. Tədbir ulu öndər Heydər Əliyevin və şəhidlərimizin ruhunun bir dəqiqəlik sükütu və dövlət himnimizin səsləndirilməsilə başladı.
Konfransı giriş sözü ilə açan Azərbaycan Dövlət Neft və Sənaye Universitetin tərbiyə (ADNSU) işləri üzrə prorektoru Ata Babayev qeyd edib ki, “Dördgünlük müharibə” adı ilə düşən aprel döyüşləri gənclərin hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdi. Aprel döyüşlərində qazanılan qələbə xalqımızın orduya olan inamını artırdı.
Layihə rəhbəri Müqamət Əliyev bildirdi ki,Müstəqil Azərbaycan Respublikasının təhlükəsizliyi onun silahlı qüvvələrinin hazırlanmasından asılıdır.Odur ki, gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin yüksədilməsi günün ən aktual tələblərindəndir. Ulu Öndər Heydər Əliyev cənabları 2 fevral 1996-cı ildə gənclərin birinci forumunda söylədiyi nitqində gənclərlə məşğul olan bütün təşkilatların ictimaiyyətin diqqətini bu mühüm məsələyə cəlb edərək demişdir:”Azərbaycan ərazisinin bir qisminin Ermənistan respublikasının ərazi bütövlüyü pozulduğuna görə milli vətənpərvərlik prinsipi gərək körpəlikdən başlayaraq hər bir vətəndaşın həyat prinsipi ,həyat qanunu nizamnaməsi olsun“Həqiqətən güclü ordu yaratmaq ,vətəni ,doğma torpağını canından artıq sevən gənclər yetişdirmək istəyiriksə ,bu prosesin körpəlikdən başlayaraq orta təhsilin bütün pillələrində ali məktəbdə, ailədə, cəmiyyətdə, hərbi hissədə davam etməsi lazımdır. Tədbirdə digər çıxış edənlər vətənpərvərlikdən danışaraq bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
Tədbirdə “ Milli və hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində yüksək təşkilatcılıq fəaliyyətinə və birgə əməkdaşlığa görə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə fəxri diplomla təltif edildi. Sonda mövzulara aid fotoslaydlar və vidoçarxlar nümayiş olunmuş suallar cavablandırılmışdr. Tədbir başa çatdıqdan sonra Universitetdə yaradılmış Azərbaycan Milli Qəhrəman Mübariz İbrahimovun büstü ziyarət olumuşdur .
Layihə iştirakçıları əsasən 19-21yaş arası olan gənclərdən ibarət olub. Vətənpərvərlik mövzuları ilə bağlı gənclərə maarifləndirici bukletlər və informasiya materialları paylandı. Qeyd edək ki, layihə Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir.
Baxışlar: 321 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Dekabr 2017  »
BBeÇaÇCaCŞ
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Yazıların arxivi
Design by UsiGroup  © 2024