GVIB illik hesabat verdi Bu gün Gənc Vətənpərvərlər Ictimai Birliyinin idarə heyətinin ilin yekunu ilə bağlı iclası keçirilib. Iclasda İdarə Heyətinin üzvləri, birliyin humanitar, hüquq,səhiyyə, beynəlxalq və təşkilatı məsələlər üzrə sədrin müşavirləri, regional şöbələrin nümayəndələri iştirak etdilər. İclası açan GVİB-nin sədri Müqamət Əliyev öncə qarşıdan gələn Dünya Azərbaycanların Həmrəylik Günü və Yeni il münasibəti ilə birliyin üzvlərini təbrik etdikdən sonra gündəlikdə duran məsələləri açıqladı. O GVİB-nin 2019–cu ildə gördüyü işlər barədə məlumat verdi. O 2019–cu ildə Gənclər Fondun tərəfindən birliyin təqdim etdiyi “Gənclərin vətənpərvərlik ruhunda “adlı layihə çərçivəsində , onların fiziki-psixoloji, ideoloji işin təşkili və maarifləndirilməsi məqsədilə Bakı şəhərində, həmcinin Qərb bölgələrində bir sıra tədbirlərin, seminar, konfrans və idman yarışlarının uğurla keçirildiyini qeyd etdi. M.Əliyev xüsusilə qeyd edərək bildirdi ki,bu il Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə uğurla həyata keçirdiyi “İstehlakçıların hüquqlarının və qida təhlükəsizliyinin qorunmasına dair əhalinin məlumatlandırılması ” adlı layihə çərçivəsində keçirilən silsilə tədbirlərdə çox saylı gənclərin faydalanmasından sphbət acdı . Sonra MNTK sədri R.Hacıyevanın təşkilatın fəaliyyətinə dair geniş hesabatı dinlənildi. Sədr M.Əliyev MNTK hesabatını İdarə Heyətində səsə qoydu və yekdiliklə qəbul olundu. Həmçinin, iclasda gündəliyin 2-ci məsələsi – 2020- ci ildə görüləcək tədbirlər planın təsdiq olunması da İdarə Heyətində səsə qoyuldu və yekdilliklə qəbul olundu. Bundan başqa İdarə Heyətinin iclasında təşkilatı məsələlərlə əlaqədar Hacıyeva Nihal Humanitar və mədəniyyət üzrə Rzayev Səbuhi Hüquq Departamentin rəhbəri vəzifəsinə təyin olunması, Dünya Azərbaycanların Həmrəylik günü və Yeni il münasibəti ilə, 20 yanvar, 2 fevral Gənclər Günü, Xocalı soyqırımı, Novruz bayramı və 31 mart Azərbaycanların soyqırımı Günü ilə əlaqədar Bakı və ətraf rayonlarda Gənclər və İdman İdarələri ilə birgə tədbirlərin keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması müzakirə olunaraq təsdiqləndi. Qeyd edək ki, iclasda Təşkilat Komitəsinin üzvləri GVİB sədri Müqamət Əliyev, Birliyin KİV üzrə əlaqələndirici Rəşad Əlizadə , Gəncə şəhəri üzrə səlahiyətli nümayəndəsi Elçin Axundov, Şəmkir rayon yerli şöbəsinin müdiri Tural Əliyev ,şöbə müdirləri Aidə Hüseyinova , Hihal Hacıyeva,Səbuhi Rzayev Faxrəddin Əliyev,Gülnarə İskəndərova , Natiq Qacayev, Mirəli Seidov,, Arif Əsədov, Zülfiqar Kazımo müəyyənləşdirildi. Sonda ilin yekunları ilə bağlı olaraq Bakı şəhəri Nəsimi rayon 247 nömrəli məktəbin direktoru Nihal Hacıyeva, Sabunçu rayon 7 nömrəli polikilinkada şöbə müdiri Elbrus Əlili ,birliyin Ali və orta təhsil müəssisələri ilə iş şöbəsinin müdiri Aidə Hüseyinova və Azərbaycan Ciu-Citsu Fedrasiyasının fitse prezidenti Əli Cəfərov gənclərin hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində böyük fealiyyətinə və əməkdaşlığınaq görə Gənc Vətənpərvərlər İctimai Birliyinin Fəxri Diplomları ile təltif olunmuşdur. GVİB-n KİV üzrə şöbə
|