Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2023 » Fevral » 21 » GVİB Xocalı Soyqırımı ilə bağlı tədbir keçirdi – beynəlxalq ictimaiyyətə müraciət edildi
09:52
GVİB Xocalı Soyqırımı ilə bağlı tədbir keçirdi – beynəlxalq ictimaiyyətə müraciət edildi
GVİB Xocalı Soyqırımı ilə bağlı tədbir keçirdi – beynəlxalq ictimaiyyətə müraciət edildi
Gənc Vətənpərvərlər İctimai Birliyi Gənclər Fondunun maliyyə dəstəyi ilə “Azərbaycan gəncliyində vətənpərvərlik" adlı layihə çərçivəsində birliyin mərkəzi qərargahında “Heç vaxt unutmarıq səni, Xocalı!” mövzusunda elmi-praktik konfrans keçirilib.
Tədbiri giriş sözü ilə acan GVİB sədri Müqamət Süleyman oğlu Əliyev bildirib ki, Şəhid sözü “gördüyünü və bildiyini söyləyən”, “hər hansı bir hadisənin şahidi olan” mənalarına gəlir.“Şəhid” “şahid”sözünün mübaliğə formasıdır” deyən M. Əliyev yeniyetmə və gənclər arasında vətənpərvərlik hislərinin gücləndirilməsi və azərbaycanlılara qarşı törədilən soy qırımı haqqında maarifləndirmə işlərinin aparılmasının vacib olduğunu dilə gətirib.
Layihə üzrə təşkilat komitəsinin üzvü İdman Departamentin rəhbəri Ş.Quliyev bildirib ki, layihənin əsas məqsədi gənclərin milli hərbi vətənpərvərlik hislərinin gücləndirilməsi, narkomaniyadan və pis vərdişlərindən uzaq olması üçün ümumtəhsil orta ixtisas və ali təhsil müəssisələrində və eyni zamanda idman cəmiyyətlərində bu çərçivədə maarifləndirmənin və idman tədbirlərinin keçirilməsidir. Xocalı faciəsinin XX əsrin ən dəhşətli faciəsi olduğu vurğulanan tədbirdə səsləndirilib ki, bu faciənin öz qiymətini beynəlxalq aləmdə alması üçün ümumtəhsil məktəblərində, idman cəmiyyətlərində gənclər və yeniyetmələr arasında maarifləndirmə işlərini gücləndirmək lazımdır. Azərbaycanda fəaliyyət göstərən QHT-lər dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların, insan hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatların diqqətini bir daha Xocalı soyqırımına cəlb edərək onları bu vəhşiliyə, özbaşınalığa, misli görünməmiş ədalətsizliyə öz münasibətlərini bildirmələrinə nail olmaq vacibdir.
Tədbir GVİB-n qərargahında davam etdirilib, Gənc Vətənpərvərlər İctimai Birliyi, onun regional şöbələri və üzv olan təşkilatların Xocalı faciəsinin ildönümü ilə bağlı birgə müraciəti qəbul olunub. Müraciətdə Azərbaycanın tarixən öz azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizə apardığı qeyd olunub. Müraciətdə həmçinin Azərbaycanın müstəqilliyinin ilk illərindən etibarən erməni işğalçılarına qarşı mübarizə aparmaq məcburiyyətində qaldığı vurğulanıb.
“Xocalı soyqırımı tariximizə qara hərflərlə yazılıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Xankəndi ilə Əskəran arasında yerləşən Xocalı şəhərində tarixdə görünməmiş qətliam törədilib. Bir gecədə 613 dinc əhali, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca öldürülüb. Onlardan 56 xüsusi qəddarlıq və işgəncələrlə qətlə yetirilib, 27 ailə tamamilə məhv edilib, 230 ailə başsız qalıb, 1275 nəfər əsir alınıb”, - deyə müraciətdə vurğulanıb
GVİB -n informasiya şöbəsi .
Baxışlar: 58 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Fevral 2023  »
BBeÇaÇCaCŞ
   1234
567891011
12131415161718
19202122232425
262728
Yazıların arxivi
Design by UsiGroup  © 2024