Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2019 » May » 22 » GVİB sədri: anti-Azərbaycan dairələrin arzuları yenə ürəklərində qalacaq
14:30
GVİB sədri: anti-Azərbaycan dairələrin arzuları yenə ürəklərində qalacaq
GVİB sədri: anti-Azərbaycan dairələrin arzuları yenə ürəklərində qalacaq

GVİB sədri: anti-Azərbaycan dairələrin arzuları yenə ürəklərində qalacaq
"Qərbdəki ənənəvi antiazərbaycan dairələrin respublikamıza qarşı növbəti çirkin kampaniyasının mövzusu təkcə qəribə deyil, həm də o boyda ölkələrin adına yaraşmır. Söhbət ondan gedir ki, bir sıra instansiyalar idmana heç bir aidiyyəti olmayan, qərəzli və reallıqdan uzaq subyektiv mülahizələr irəli sürür və beynəlxalq ictimaiyyətdə mühüm futbol yarışlarının Azərbaycanda keçirilməsinin məqsədəuyğun olmadığı barədə rəy formalaşdırmağa çalışırlar."

Qərbinfo.az xəbər verir ki, bunu Gənc Vətənpərvərlər İctimai Birliyinin sədri Muğamət Əliyev deyib.

Saytımıza müsahibə verən GVİB sədri Azərbaycana qarşı yönəlmiş qara kompaniyanın, sadəcə olaraq anti-Azərbaycan dairələr tərəfindən, məqsədyönlü şəkildə təşkil edildiyini və hər zaman olduğu kimi onların məqsədlərinə çata bilməyəcəyini bildirdi.

Həmin dairələr unudurlar ki, mühüm enerji və nəqliyyat layihələrinin reallaşdırılması, qlobal xarakterli tədbirlərin keçirilməsi, 2012-ci ildə “Eurovision”, 2015-ci ildə Avropa Oyunları, 2016-cı ildə İslam Həmrəyliyi Oyunları və digər tədbirlər ərəfəsində Azərbaycan süni şəkildə təşkil olunmuş qarayaxma kampaniyasının hədəfi olub. Yəni əvvəllər heç nəyə nail ola bilmədiklərini bilə-bilə, indi “xoda düşmələri” yenidən “fiasko” ilə nəticələnəcək.
Bədxahlarımız iddia edirlər ki, guya Azərbaycanda insan hüquqları qorunmur və ya viza rejimi problem yaradır. Ağ yalandır! Əgər elə olsaydı, Azərbaycan paytaxtının küçələrində bu qədər avropalı turistlə salamlaşmazdıq. Heç olmazsa, bu iddiaları səsləndirərkən, ölkəmizə gəlib qayıtmış ingilis turistlərin mətbuatda verilmiş təəssüratları ilə maraqlanaydılar.
O ki qaldı, “Arsenal” futbol klubunun oyunçusu – erməni əsilli Henrix Mxitaryanın Azərbaycana gəlməsinə, rəsmi dairələrimiz çoxdan deyiblər ki, o barədə heç bir problem yoxdur və ən yüksək təhlükəsizlik zəmanəti verilib. Məgər əvvəllər erməni idmançılar Azərbaycana az gəliblər? Üstəlik, Mxitaryan Azərbaycanda Ermənistanın deyil, başqa ölkənin idman şərəfini qoruyacaq. Bakıya əvvəllər gəlmiş erməni idmançılar isə bilavasitə Ermənistan komandasının təmsilçisi kimi gəlmişdilər. Yəni irəli sürülən bu iddiaların nəinki heç bir əsası yoxdur, hətta gülünc və ikrahyaradandır.
Azərbaycan belə məkrli kampaniyaları çox görüb və hamısını da dəf edib. İndi də elə olacaq. Ölkənin çoxminli gəncliyinin fikri belədir ki, fitnəkarların xəbis niyyəti yenə də ürəklərində qalacaq.

Gənc Vətənpərvərlər İctimai Birliyin Sədri Muğan Əliyev
Baxışlar: 201 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  May 2019  »
BBeÇaÇCaCŞ
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024