Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2023 » Yanvar » 9 » GVİB illik hesabat verdi
08:33
GVİB illik hesabat verdi
GVİB illik hesabat verdi
Gənc Vətənpərvərlər İctimai Birliyinin idarə heyətinin ilin yekunu ilə bağlı iclası keçirilib. iclasda İdarə Heyətinin üzvləri, birliyin humanitar, səhiyyə, beynəlxalq və təşkilatı məsələlər üzrə sədrin müşavirləri, regional şöbələrin nümayəndələri iştirak etdilər.
İclası açan GVİB-nin sədri Müqamət Süleyman oğlu Əliyev öncə qarşıdan gələn Dünya Azərbaycanların Həmrəylik Günü və Yeni il münasibəti ilə birliyin üzvlərini təbrik etdikdən sonra gündəlikdə duran məsələləri açıqladı. O GVİB-nin 2022–ci ildə gördüyü işlər barədə məlumat verdi. O 2022–ci ildə Gənclər və İdman Nazirliyi tərəfindən birliyin təqdim etdiyi “Gənclərdə dövlət rəmzlərinə hörmət hissinin güclən­dirilməsi” və QHT Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə həyata keçirilən "Gəncləri zərərli vərdişlərdən çəkindirmək və onlarda vətənpərvərlik hisslərinin gücləndirmək “ adlı layihələrin uğurla həyata keçirilməsindən,onların dövlət rəmzlərinin və AIDS-QIÇS-İİV və narkomaniyaya qarşı mübarizədə maarifləndirmə, təbliğat işlərinin gücləndirilməsi, habelə vətəndaş cəmiyyətinin dəstəyinin təmin edilməsi, ideoloji işin təşkili və maarifləndirilməsi məqsədilə Bakı şəhərində Ali və orta təhsil müəssisələrində həmcinin Qərb bölgələrində bir sıra tədbirlərin, seminar, konfrans və uğurla keçirildiyini qeyd etdi.
Sonra MNTK sədri R.Hacıyevanın təşkilatın fəaliyyətinə dair geniş hesabatı dinlənildi. Sədr M.Əliyev MNTK hesabatını İdarə Heyətində səsə qoydu və yekdiliklə qəbul olundu. Həmçinin, iclasda gündəliyin 2-ci məsələsi - 2023 ci ildə görüləcək tədbirlər planın təsdiq olunması da İdarə Heyətində səsə qoyuldu və yekdilliklə qəbul olundu.
Bundan başqa İdarə Heyətinin iclasında təşkilatı məsələlərlə əlaqədar Fidan Qasımova İctimaiyətlə əlaqələr və təbliğat şöbəsində baş məsləhətci ,Fidan Mustafayeva Humanitar və mədəniyyət şöbəsində təlimatcı və Orxam Məmmədov İdman Departametində müdir müavini təyin olunması, 20 yanvar, 2 fevral Gənclər Günü, Xocalı soyqırımı, Novruz bayramı və 31 mart Azərbaycanların soyqırımı Günü ilə əlaqədar Bakı və ətraf rayonlarda Gənclər və İdman İdarələri ilə birgə tədbirlərin keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması müzakirə olunaraq təsdiqləndi.
Qeyd edək ki, iclasda Təşkilat Komitəsinin üzvləri GVİB sədri Müqamət Əliyev, Birliyin İƏŞ müdiri Şahin Əliyev ,Gəncə şəhəri üzrə yerli şöbənin müdiri Elcin Axiundov şöbə müdirləri ,Tural Əliyev,Natiq Qacayev, Orxan Məmmədov, Turxan Maxmudov, Arif Əsədov, Əkbər Qurbanov, Fidan Qasımlı müəyyənləşdirildi.
İclasın sonunda gənclər arasında vətənpərvərlik hisslərinin gücləndirilməsində və icra olunan layihələrdə fəal iştirakına görə Fidan Qasımova, Leyla Səfərəliyeva ,Elvin Əsədzadə,Asif Rəsulov və digərləri Fəxri Diplomlarla təltif edilib.
GVİB -n KİV şöbəsi
Baxışlar: 57 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Yanvar 2023  »
BBeÇaÇCaCŞ
1234567
891011121314
15161718192021
22232425262728
293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024