Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2023 » Fevral » 2 » GVİB: 2 fevral gənclər gününə həsr olunmuş “Azərbaycan gəncliyində vətənpərvərlik hisslərinin gücləndirilməsində Ulu öndər Heydər Əliyevin
14:05
GVİB: 2 fevral gənclər gününə həsr olunmuş “Azərbaycan gəncliyində vətənpərvərlik hisslərinin gücləndirilməsində Ulu öndər Heydər Əliyevin
GVİB: 2 fevral gənclər gününə həsr olunmuş “Azərbaycan gəncliyində vətənpərvərlik hisslərinin gücləndirilməsində Ulu öndər Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib
Azərbaycan Respublikasının Gənclər Fondun maliyyə dəstəyi ilə Gənc Vətənpərvərlər İctimai Birliyi (GVİB “ Azərbaycan gəncliyində vətənpərvərlik“adlı layihə çərçivəsində Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli ilə bağlı “Azərbaycan gəncliyində vətənpərvərlik hisslərinin gücləndirilməsində Ulu öndər Heydər Əliyevin rolu” mövzusunda praktiki konfransı
Nəsimi rayonu İlyas Əfəndiyev adına Elitar Gimnaziyada baş tutub.
Tədbirdə ,Elitar Gimnaziyada pedoqoji kolektivi , yeniyetmə və gəncləri ,Gənc Vətənpərvərlər İctimai Birliyinin şöbə müdirləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın direktoru Səadət Cahandarova tədbir iştirakcılarını 2 vefral Gənclər Günü münasibətilə təbrik etdikdən sonra . tədbir iştirakçılarına Zəfər tariximizdən, torpaqlarımızın düşmən təcavüzündən azad edilməsində misilsiz qəhrəmanlıq göstərən Vətən müharibəsi şəhidi və qazilərinin göstərdikləri şücaət və fədakarlıqdan söhbət açıb, şəhidlərin əziz xatirəsini yad edib.
Bildirib ki, gənc nəslə şəhidlərimizi tanıtmaq, onları vətənpərvərlik ruhunda böyütmək, torpağına bağlı, xalqına hörmət hissi ilə tərbiyə etmək borcumuzdur
Layihə rəhbəri Müqamət Əliyev Gənclər Fondun maliyyə dəstəyi ilə icra olunan layihə ilə bağlı geniş ətraflı məlumat verdi.
Sonra o,bildirdi ki,ölkədə gənclər siyasətinin formalaşdırılmasında ulu öndərin misilsiz rolu olduğunu hələ sovet dövründə Azərbaycan gənclərinin nüfuzlu ali məktəblərdə təhsil almasında, uğurlu karyeraya nail olmasında ümummilli liderin xüsusi əməyinin olub.
Bu gün isə bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
2007-ci ilin ölkəmizdə “Gənclər İli” elan olunması, Gənclər Fondunun yaradılması, Gənclər üçün Prezident mükafatının təsis edilməsi, xüsusuilə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyası”da gənclər üçün böyük perspektivlər açır.
Bütün bunlarda məqsəd gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını təmin etmək məqsədini daşıyır.
Qayıdış Fondun təmsilcisi İ.Əliyeva bildirdi ki, Böyük öndər Heydər Əliyev gənclərin vətənpərvərlik tərbiyəsinə azərbaycançılığı, qəhrəmanlığı əxz etməklə bütün çətinlikləri aradan qaldırmaq vasitəsi kimi baxırdı: "Siz də Azərbaycan xalqına xidmət edərək,Vətənpərvərlik hissi ilə yaşayaraq özünüzü qəhrəman, cəsur, qüdrətli bir insan kimi formalaşdırmalısınız və qarşıdan gələ biləcək bütün çətinliklərə hazır olmalısınız"
Çıxış edən gənclərin hər biri 2 fevral gənclər günü münasibəti ilə ölkə gəncliyini təbrik etdilər və uğurlar arzuladılar .
Sonda bildirildi ki, Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi, Azərbaycan gəncləri “ sağlam düşüncəli gənclərdir, vətənpərvər gənclərdir, xalqını, millətini sevən gənclərdir.” Inanırıq ki, bu gənclik böyük azərbaycanlı Heydər Əliyevin ideyalarını ölkəmizin başçısı İlham Əliyevin rəhbərliyi altında gerçəkləşdirəcək, inkişaf etdirəcək daha da işıqlı gələcəyə aparacaq.
Tədbirdə “ Milli və hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində yüksək təşkilatcılıq fəaliyyətlərinə və fəal iştiraklarına görə Elitar Gimnaziyanın direktoru Səadət xanım Cahandarova fəxri diplom və Gimnaziyanın şagirdlərinə sertifikat və informasiya materialları paylanılıb .
Tədbir sinif bölmələrində diskussiya şəkilində davam etdirilib , mövzulara aid fotoslaydlar və vidoçarxlar nümayiş olunmuş suallar cavablandırılmışdr.
Layihə iştirakçıları əsasən 14-16 yaş arası olan gənclərdən ibarət olub.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə yardımı ilə həyata keçirilir



GVB-nin mətubat və informasiya şöbəsi
Baxışlar: 55 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Fevral 2023  »
BBeÇaÇCaCŞ
   1234
567891011
12131415161718
19202122232425
262728
Yazıların arxivi
Design by UsiGroup  © 2024