Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2019 » Yanvar » 16 » GVİB 20 Yanvar faciesi ile bağlı tedbir keçirdi
10:33
GVİB 20 Yanvar faciesi ile bağlı tedbir keçirdi
GVİB 20 Yanvar faciesi ile bağlı tedbir keçirdi


Azərbaycan Respublikasının Gənclər Fondun maliyyə dəstəyi ilə Gənc Vətənpərvərlər İctimai Birliyi (GVİB “ Yeniyetmə və gənclər arasında vətənpərvərliyin təbliği “adlı layihə çərçivəsində “20 Yanvar” faciəsinə həsr olunmuş “Qan yaddaşımız” mövzusunda tədbir keçirilib.
Öncə “20 Yanvar” şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik ehtiram sükutu ilə anılıb.
Tədbiri giriş nitqi ilə açan GVİB-n sədri Müamət Əliyev vurğulayıb ki, təhsil müəssisəsi gənclərin milli və vətənpərvərlik ruhunda tərbiyə edilmələri, mənəvi dəyərlərin təbliği istiqamətində müxtəlif tədbirlər həyata keçirir. O qeyd edib ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq salnaməsi kimi yazılan “20 Yanvar” faciəsi barədə gənclərimiz daha geniş məlumatlandırılmalı, onlarda vətənpərvərlik hissləri yüksəldilməlidir.
Sədr M.Əliyev bildirib ki, 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. Doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin gecədə canlarından keçərək, şəhidlik zirvəsinə ucaldılar.
Keçmiş sovet imperiyasının ağır artilleriyasının Azərbaycanda törətdiyi qanlı qırğından 29 il keçməsinə baxmayaraq, xalqımız o gecəni daim xatırlayır, həmin faciənin ağrı-acısı ilə yaşayır, bu vəhşiliyi törədənlərə dərin nifrətini bildirir. Hər il yanvarın 20-də minlərlə insan Şəhidlər xiyabanını ziyarət edir, Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad edir.
Məruzəçi “20 Yanvar” faciəsinə ulu öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini, faciə qurbanlarının xatirəsinin hər il dövlət səviyyəsində anıldığını, Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu siyasəti uğurla davam etdirdiyini bildirib.
GVİB fəxri üzvü Z.Kazımov sözügedən hadisənin canlı şahidinə çevrildiyini bildirərək, milli mübarizəyə qalxan dinc əhaliyə divan tutulmasını, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanmasını totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bir daha aşkara çıxardığını qeyd etdi. “Tanklar Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər tərəfi amansızcasına atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində belə oturduqları yerdə güllələrə tuş gəlirdilər. Yaralıları aparmağa gələn “təcili yardım” maşınları və tibb işçiləri atəş hədəfi idilər”, – deyə Z.Kazımov o dəhşətli günlərin acı xatirəsini yaşayıb-gördükləri ilə paylaşıb.
Qarabağ müharibə veteranı S.Əliyev hazırda ölkəmizdə hökm sürən əmin-amanlığın və sabitliyin “20 Yanvar” azadlıq mübarizəsindən bəhrələndiyini vurğulayıb. Həmin gecə qəhrəmanların öz canlarına qıyaraq ömürlərini Vətənin ömrünə caladıqlarını söyləyən S.Əliyev deyib: “Bir millətin var olması üçün onun uğrunda canından keçən qəhrəmanlar lazımdır”.
Tədbirdə çıxış edənlər 20 Yanvar faciəsi qurbanlarının Azərbaycanın istiqlaliyyəti yolunda şəhid olduqlarını və onların işıqlı xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını vurğulayıblar.
Sonra 20 yanvar faciəsinə həsr edilmiş idman tədbirlərinin və Dəyirmi masaların keçiriləcəyi haqqında məlumat verilib.
Sonda tədbir iştirakçıları Şəhidlər Xiyabanını ziyarət edib, şəhid məzarlarına gül dəstələri düzüblər.
Baxışlar: 330 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Yanvar 2019  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024