GVİB 15 iyun Milli Qurtuluş Gününe hesr olunmuş tedbir keçirib Gənc Vətənpərvərlər İctimai Birliyi 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş “Müstəqil Azərbaycan Respublikası gələcək nəsillər qarşısında öz borcunu şərəflə yerinə yetirir” mövzusunda tədbir keçirib. Tədbirdə çıxış edən GVİB-nin sədri,İctimai xadim Müqamət Süleyman oğlu Əliyev Milli Qurtuluş Gününün tarixi barədə məlumat verib. M. Əliyev bildirib ki, hələ o zaman ölkədə başlanan vətəndaş müharibəsi hakimiyyətin siyasi rəhbərliyini Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur etmişdi. 1993-cü ilin iyununda Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığını diqqətə çatdıran M. Əliyev o zaman ermənilərin elan olunmamış hərbi təcavüzünə məruz qalan Azərbaycanın daxilində qardaş qırğınının başlanması, vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması, Azərbaycanın bir dövlət kimi varlığına son qoyulması planının tam gücü ilə işə salındığını vurğulayıb. M. Əliyev məhz iyunun 15-də Heydər Əliyevin Milli Məclisin sədri seçildikdən sonra millət vəkillərinin bu tarixin təqvimə Azərbaycanın Qurtuluş günü kimi salınması təklifi ilə çıxış etdiklərini bildirib. “Milli Məclis bu təklifi bəyəndi. O vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş Günü kimi qeyd edilir. Artıq bir neçə ildir ki, xalq bu günü Heydər Əliyevin məzarını ziyarətlə qeyd edir”,-deyə M.Əliyev əlavə edib. Tədbirdə GVİB-nin İdarə Heyətinin üzvləri, yerli şöbələri, könüllülər iştirak ediblər. GVİB mətubat şöbəsi
|