Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2013 » May » 13 » GVB insan alveri və narkomaniyaya qarşı maarifləndirmə tədbirlərini davam etdirir
16:35
GVB insan alveri və narkomaniyaya qarşı maarifləndirmə tədbirlərini davam etdirir

Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Gənclər arasında insan alverinin və narkomaniyanın qarşısını almaq məqsədilə preventiv tədbirlərin keçirilməsi və milli –mənəvi dəyərlərinin gücləndirilməsi adlı layihə çərçivəsində Nərimanov rayon "ŞUA” sağlamlıq idman kompleksində Milli Karate Federasiyası ilə birgə "Gənclər arasında insan alveri və narkomaniya qarşı mübarizədə təlimatçı məşqçilərin rolu” mövzusunda elmi praktik konfrans keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərər Dövlət Dəstəyi Şurası katibliyinin məsləhətçisi M.Zahidov, könüllülər, GVB-nin idarə heyətin üzvü M.Seyidov, layihə üzrə təşkilat komitəsinin, İdman Federasiyaları və QHT-lərin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Milli Karate Federasiyasının Prezidenti Yaşar Bəşirov bildirib ki, bütün dünyada kriminal biznesin əsas hissəsinə çevirilən insan alveri və narkomaniya qlobal ümumbəşər bir problemə çevirilib. Bu sahədə insan alveri və narkomaniyadan uzaq olmaq məqsədilə Federasiyamızda təlimatçı məşqçilərimiz tərəfindən maarifləndirmə işləri aparılır, ancaq gənclərimizi narkomaniyadan qorumaq üçün bu sahədə maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsinə ehtiyac duyulur.

Layihə rəhbəri M.Əliyev layihənin mahiyyətindən söhbət açıb və qeyd edib ki, dünyada insan alveri qurbanlarının əksəriyyətini qadınlar və uşaqlar təşkil edir. Bu insanlar əsasən seksual ya da ağır fiziki əmək və ev işləriylə məşhul olmağa məcbur edilirlər .Bu problem dövlət sərhədi bilməyən inkişaf etmiş və inkişafda olan ölkələr arasında heç bir fərq qoymayan böyük problemdir.

Layihə üzrə təşkilat komitəsinin üzvü Elnaz Səfərli çıxışında qeyd edib ki, narkomaniya həyat fəaliyyətinin kobud surətdə pozulmasına və sosial tənəzzülə gətirib çıxaran ağır xəstəlikdir. "İnsan narkotik madddən asılı olur və qula bənzəyir. İnsan hər şeyi –sağlamlığını, qüvvəsini, özünə hörməti itirir. Narkotik maddə təkcə onu qəbul edən insanı məhv etmir, həmçinin narkomanın ailə üzvlərinin sağlamlığına mənfi təsir göstərir, onların uşaqları fiziki və psixi çatışmazlıqlarla dünyaya gəlirlər. Gəlin gələcəyimizi qoruyaq. Gənclər arasında insan alverinə və narkomaniyaya qarşı mübariz olaq. Sağlam həyat tərzi seçmək üçün idmanın bir növü ilə məşğul olaq.”

Milli Karate Federasiyasının baş katibi Cabbar Seyidov insan alveri və narkomaniyadan, pis vərdişlərdən, azyaşlı uşaqların siqaretə və spirtli içkilərə meylərinin artmasından danışıb. O qeyd edib ki, narkotikə düçar olanlar həmişə çalışırlar ətrafına imkanlı uşaqlar cəlb etsinlər. Bu sahədə hamılıqla fəal olmalı, insan alveri və narkomaniyaya, pis vərdişlərə, siqaret və spirtli içkilərə qarşı mübarizə aparmalıyıq.

Tədbirdə Federasiyanın əməkdar məşqçisi Cahangir Babayev, baş məşqçi Vahid Eyvazov, layihə üzrə ekspert Əbdül Abbasquliyev, birliyin humanitar və mədəniyyət şöbəsinin müdiri Natiq Qaçayev, birliyin Odlar Yurdu universitetindəki səlahiyyətli nümayəndəsi, boks üzrə beynəlxalq yarışların mükafatçısı Ələsgər Baxışov və başqaları çıxış edərək insan alveri və narkomaniyanın fasadlarından ətraflı danışaraq diskusiyalar aparıblar.

Tədbirin sonunda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Mikayıl Zeynalov, Siyasi Maarifçilik İctimai Birliyinin sədri, GVB-nin Səbail rayonu üzrə yerli şöbəsinin müdiri Mehman İsmayılov,
Gəncə şəhər Xəzər Təhsil Mərkəzinin direktoru Könül xanım Hüseynova və digərləri gənclər arasında
vətənpərvərlik hisslərinin gücləndirilməsində, milli dəyərlərimizi, sağlam həyat, sağlam ailə ,mədəni irslərimizin və idman siyasətinin təbliğində və fəal təşkilatçılığına görə GVB tərəfindən fəxri diplomla təltif olunublar.

Baxışlar: 637 | Əlavə etdi: Natiq | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  May 2013  »
BBeÇaÇCaCŞ
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024