Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2013 » İyun » 3 » Gənclər arasında elmi nəzəri praktik konfrans keçirilib
15:37
Gənclər arasında elmi nəzəri praktik konfrans keçirilib

Gənc Vətənpərvərlər Birliyi QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi ilə "Gənclər arasında insan alveri və narkomaniyanın qarşısını almaq məqsədi ilə preventiv tədbirlərin keçirilməsi və milli-mənəvi dəyərlərinin gücləndirməsi” adlı layihə çərcivəsində "Gənclər arasında vətənpərvərlik ruhunda təbliğat işinin gücləndirilməsi, insan alveri və narkomaniyaya qarşı idmanın rolu” mövzusunda elmi nəzəri praktik konfrans keçirilib.
"Azadinform” GVB-nin mətbuat şöbəsinə istinadən xəbər verir ki, tədbirdə layihə üzrə təşkilat komitəsinin üzvləri, təlimatçı məşqçilər, idman ictimaiyyətinin nümayəndələri ,QHT və KİV nümayəndələri iştirak ediblər. Konfransı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər məktəbinin direktoru Oruc Məmmədli acaraq qeyd etdi ki, belə layihələrin idman cəmiyyətlərində, ümumtəhsil orta ixtisas və ali təhsil müəssisələrində gənclər arasında insan alveri, narkomaniya və pis vərdişlərə qarşı maarifləndirmə işlərinin aparılmasına ehtiyac duyulur. Çıxışlarda insan alveri və narkomaniyanın fəsadları, milli-mənəvi dəyərlərinin qorunub saxlanılması barədə ətraflı danışıq və diskussiyalar aparılıb.

azadinform.az
Baxışlar: 506 | Əlavə etdi: Natiq | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  İyun 2013  »
BBeÇaÇCaCŞ
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30
Yazıların arxivi
Design by UsiGroup  © 2024