Gənc Vətənpərvərlər Birliyi konfrans keçirib AZADİNFORM. Gənc Vətənpərvərlər Birliyinin Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gənclər vətənpərvərlik ruhunda” adlı layihə çərçivəsində konfrans keçirilib. GVB-dən “Azadinform”a verilən məlumata görə, konfransda layihənin koordinatoru A.Vəliyeva tədbirin mahiyyəti barədə məlumat verib. GVB-nin sədri, fəxri bədən tərbiyəsi və idman işçisi Muğan Əliyev təəssüflə bildirib ki, gənclərin çoxu adət ənələr, milli mentalitet, milli və tarixi qəhrəmanlar haqqında məlumatsızdırlar. Onun sözlərinə görə, layihənin həyata keçirilməsində əsas məqsəd vətənpərvərlik ruhunda yeniyetmə və gəncləri maarifləndirmək, onları milli qəhrəmanlar, milli rəmzlər, milli əxlaqi dəyərlər və digər milli xüsusiyyətlər haqqında məlumat verməkdir. O, layihə çərçivəsində görüləcək işlər haqqında da məlumat verib.
|