Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2012 » Sentyabr » 18 » GVB-yi GİN maliyə dəstəyi ilə Az.Döv.Bakı Bədən Tər.İdman Akademiyasında tədbir keçirib
16:51
GVB-yi GİN maliyə dəstəyi ilə Az.Döv.Bakı Bədən Tər.İdman Akademiyasında tədbir keçirib
GVB-də Təbliğat və Təşviqat Qrupu yaranacaq
+ - Çap
Yerləşdirilib: 18.09.12 | Baxılıb: 3

qhtxeber.az// Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyin maliyə dəstəyi ilə “Gənclər Vətənpərvərlik Ruhunda” adlı layihə çərcivəsində Bakı Bədən Tərbiyəsi və İdman Akademiyası ilə birgə “Vətənpərvərlik ruhunda tərbiyənin təbliği və vətənin müdafiəsində gənclərin fiziki-psixoloji hazırlığı” mövzusunda təlim keçirib.
qhtxeber.az-ın məlumatına görə, tədbiri Bakı Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbə gənclərlə iş üzrə prorektoru Yusif Babanlı açaraq layihənin əhəmiyyətindən danışıb, layihə çərcivəsində ümumtəhsil və ali təhsil müəssisələrində vətənpərvərlik mövzularına geniş yer ayrılmasını, yeniyetmə və gənclər arasında idmanın təsnifatını, onların idman bölmələrinə cəlb olunmalarını və yerlərdə maarifləndirmə işlərinə böyük etiyac olduğunu vurğulayıb.
Layihənin rəhbəri, GVB sədri Müqamət Əliyev bildirib ki, Bakının rayonları və Azərbaycanın qərb bölgələrində mütəmadi olaraq keçirilən tədbirlər gənclərin vətənpərvərliyik ruhunda tərbiyə olunmasına müsbət təsir göstərir. O qeyd edib ki, aparılan tədqiqatlar yeniyetmə və gənclər layihə çərçivəsində görülən işlərin effekli olduğunu müəyyənləşdirir və layihənin davamlılığını zəruri edir.
Layihə üzrə təşkilat komitəsnin üzvü hüquqşünas A.Əsədov layihə çərcivəsində aparılan maarifləndirmə işlərindən və bu layihədə çoxsaylı gənclərin faydalanmasından söhbət açıb, yeniyetmə və gəncləri idmana həvəsi artırmaq məqsədi ilə GVB-n idarə heyətinin qərarı ilə Təbliğat və Təşviqat Qrupunun yaranmasını təklif edib. Tədbirdə çıxış edənlər Bakı Bədən Tərbiyəsi və İdman Akademiyasının müəlliməsi Lətifə Səlimova, əməkdar idman xadimi R.Hacıyev, GVB-nin KİV üzrə koordinatoru P.Səfərov, tələbə T.Ağayev, S.Mirsəlov, Z.Əhmədova və başqaları çıxış edərək layihənin vacibliyini vurğulayıblar.
Tədbirin sonunda Bakı Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbə gənclərlə iş üzrə prorektoru Yusif Babanlı gənclər arasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsində, effektiv tədbirlərin həyata keçirilməsində göstərdiyi səy və xidmətlərə görə GVB-n fəxri diplomu ilə təltif olunub .

Hazırladı: Jalə
Baxışlar: 611 | Əlavə etdi: GVB | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Sentyabr 2012  »
BBeÇaÇCaCŞ
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30
Yazıların arxivi
Design by UsiGroup  © 2024