GVB Xocalı soyqrımı ile Əlaqədar silsile tədbirlər keçirecək
Gənc Vətenpərvərlər Birliyi (GVB) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda GVB-nin regional şöbələrinin rəhbərləri, üzv təşkilatların səlahiyyətli nümayəndələri, fəxri üzvlər, telimatçı məşqçilər və sədrin müşavirləri iştirak ediblər. İclasda Bakı, Sumqayıt, Gəncə,Bərdə,Beyləqan və Şəmkirdə yaşayan gənclərin, ziyalıların birliyə fərdi qaydada üzv olması və “Xocalıya ədalət” kampaniyasına dəstək olmaq məsələləri müzakirə olunub ve müvafiq qərarlar qəbul edilib. İclasda hemçinin GVB tərefindən Xocalı soyqırımı ilə əlaqədar keçiriləcək tədbirlər planı təsdiq olunub. Tədbirlərin Bakı, Gənce, Şəmkir, Şirvan,Bərdə, Mingeçevir ve Sumqayıt şəhərlərində gənclər və idman idarələri ilə birgə keçirilməsi üçün təşkilat komitəsi yaradılıb. Qeyd edek ki, silsilə tədbirlərə fevralın 16-dan start veriləcək və yekunda müxtəlif beynaxalq təşkilatlara və səfirliklərə bəyanat ünvanlanacaq. Keçiriləcək tədbirlər Gənclər Fondun və Gənclər və İdman Nazirliyin maliyyə dəstəyi ilə layihə çərçivəsində həyata keçiriləcək
|