GVB Xocalı Soyqırımı ilə bağlı tədbir keçirdi – beynəlxalq ictimaiyyətə müraciət edildi
Gənc Vətənpərvərlər Ictimai Birliyi (GVIB) DIN –n Idman Cəmiyyətində “Heç vaxt unutmarıq səni, Xocalı!” mövzusunda elmi-praktik konfrans keçirib. Tədbiri giriş sözü ilə acan DİN-n İC –n sədri p-k Z. Meftahətdinova bildirib ki, Şəhid sözü “gördüyünü və bildiyini söyləyən”, “hər hansı bir hadisənin şahidi olan” mənalarına gəlir. “Şəhid” “şahid” sözünün mübaliğə formasıdır” deyən Z. Meftahətdinova yeniyetmə və gənclər arasında vətənpərvərlik hislərinin gücləndirilməsi və azərbaycanlılara qarşı törədilən soy qırımı haqqında maarifləndirmə işlərinin aparılmasının vacib olduğunu dilə gətirib. GVİB-n sədri M.Əliyev bildirib ki, Xocalı faciəsinin XX əsrin ən dəhşətli faciəsi olduğu vurğulanan tədbirdə səsləndirilib ki, bu faciənin öz qiymətini beynəlxalq aləmdə alması üçün ümumtəhsil məktəblərində, idman cəmiyyətlərində gənclər və yeniyetmələr arasında maarifləndirmə işlərini gücləndirmək lazımdır. Azərbaycanda fəaliyyət göstərən QHT-lər dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların, insan hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatların diqqətini bir daha Xocalı soyqırımına cəlb edərək onları bu vəhşiliyə, özbaşınalığa, misli görünməmiş ədalətsizliyə öz münasibətlərini bildirmələrinə nail olmaq vacibdir. GVB-nin İdarə Heyətinin üzvü Z.Kazımov, AMEA-nın elmi işçisi P.Əzimova ,Cəmiyyətin kadrlar şöbəsinin rəisi P-l Ş.Məmmədov ,fiziki təlim şöbəsinin rəisi p-l İ.Siracov və digərləri vurğulayıb ki, bəşər tarixində görünməyən XX əsrin ən dəhşətli Xocalı faciəsi unudulmamalı, yaddaşlarda yaşamalı, gələcək nəsil də bilməlidir ki, düşmənlərimiz kimdir və hansı vəhşiliklər törədiblər. Tədbir İdman Cəmiyyətinin idman bölmələrində davam etdirilib, Gənc Vətənpərvərlər Birliyi, onun regional şöbələri və üzv olan təşkilatların Xocalı faciəsinin ildönümü ilə bağlı birgə müraciəti qəbul olunub. Müraciətdə Azərbaycanın tarixən öz azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizə apardığı qeyd olunub. Müraciətdə həmçinin Azərbaycanın müstəqilliyinin ilk illərindən etibarən erməni işğalçılarına qarşı mübarizə aparmaq məcburiyyətində qaldığı vurğulanıb. “Xocalı soyqırımı tariximizə qara hərflərlə yazılıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Xankəndi ilə Əskəran arasında yerləşən Xocalı şəhərində tarixdə görünməmiş qətliam törədilib. Bir gecədə 613 dinc əhali, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca öldürülüb. Onlardan 56 xüsusi qəddarlıq və işgəncələrlə qətlə yetirilib, 27 ailə tamamilə məhv edilib, 230 ailə başsız qalıb, 1275 nəfər əsir alınıb”, - deyə müraciətdə vurğulanıb.
|