Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2015 » Fevral » 24 » GVB Xocalı Soyqırımı ilə bağlı tədbir keçirdi – beynəlxalq ictimaiyyətə müraciət edildi
10:34
GVB Xocalı Soyqırımı ilə bağlı tədbir keçirdi – beynəlxalq ictimaiyyətə müraciət edildi

GVB Xocalı Soyqırımı ilə bağlı tədbir keçirdi – beynəlxalq ictimaiyyətə müraciət edildi

Adəm Abbaslı/AZADİNFORM. Gənc Vətənpərvərlər Birliyi Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması və milli-mənəvi dəyərlərin təbliği” adlı layihə çərçivəsində Nizami rayon 10 saylı tam orta məktəbində “Heç vaxt unutmarıq səni, Xocalı!” mövzusunda elmi-praktik konfrans keçirib.
Birlikdən AZADİNFORM-a verilən məlumata görə, tədbiri giriş sözü ilə acan 10 saylı tam orta məktəbin direktoru L. Məmmədova bildirib ki, Şəhid sözü “gördüyünü və bildiyini söyləyən”, “hər hansı bir hadisənin şahidi olan” mənalarına gəlir. “Şəhid” “şahid” sözünün mübaliğə formasıdır” deyən L. Məmmədova yeniyetmə və gənclər arasında vətənpərvərlik hislərinin gücləndirilməsi və azərbaycanlılara qarşı törədilən soy qırımı haqqında maarifləndirmə işlərinin aparılmasının vacib olduğunu dilə gətirib.
Layihə üzrə təşkilat komitəsinin üzvü N. Qacayev bildirib ki, layihənin əsas məqsədi gənclərin milli hərbi vətənpərvərlik hislərinin gücləndirilməsi, narkomaniyadan və pis vərdişlərindən uzaq olması üçün ümumtəhsil orta ixtisas və ali təhsil müəssisələrində və eyni zamanda idman cəmiyyətlərində bu çərçivədə maarifləndirmənin və idman tədbirlərinin keçirilməsidir. Xocalı faciəsinin XX əsrin ən dəhşətli faciəsi olduğu vurğulanan tədbirdə səsləndirilib ki, bu faciənin öz qiymətini beynəlxalq aləmdə alması üçün ümumtəhsil məktəblərində, idman cəmiyyətlərində gənclər və yeniyetmələr arasında maarifləndirmə işlərini gücləndirmək lazımdır. Azərbaycanda fəaliyyət göstərən QHT-lər dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların, insan hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatların diqqətini bir daha Xocalı soyqırımına cəlb edərək onları bu vəhşiliyə, özbaşınalığa, misli görünməmiş ədalətsizliyə öz münasibətlərini bildirmələrinə nail olmaq vacibdir.
Layihə rəhbəri, GVB-nin sədri Muğamat Əliyev, AMEA-nın elmi işçisi GVB-nin səlahiyyətli nümayəndəsi S. Zülfüqarova vurğulayıb ki, bəşər tarixində görünməyən XX əsrin ən dəhşətli Xocalı faciəsi unudulmamalı, yaddaşlarda yaşamalı, gələcək nəsil də bilməlidir ki, düşmənlərimiz kimdir və hansı vəhşiliklər törədiblər. Tədbir sinif bölmələrində diskussiya şəkilində davam etdirilib.
Tədbir BMM-də davam etdirilib, Gənc Vətənpərvərlər Birliyi, onun regional şöbələri və üzv olan təşkilatların Xocalı faciəsinin ildönümü ilə bağlı birgə müraciəti qəbul olunub. Müraciətdə Azərbaycanın tarixən öz azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizə apardığı qeyd olunub. Müraciətdə həmçinin Azərbaycanın müstəqilliyinin ilk illərindən etibarən erməni işğalçılarına qarşı mübarizə aparmaq məcburiyyətində qaldığı vurğulanıb.
“Xocalı soyqırımı tariximizə qara hərflərlə yazılıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Xankəndi ilə Əskəran arasında yerləşən Xocalı şəhərində tarixdə görünməmiş qətliam törədilib. Bir gecədə 613 dinc əhali, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca öldürülüb. Onlardan 56 xüsusi qəddarlıq və işgəncələrlə qətlə yetirilib, 27 ailə tamamilə məhv edilib, 230 ailə başsız qalıb, 1275 nəfər əsir alınıb”, - deyə müraciətdə vurğulanıb.
21.02.2015 12:27 / Baxılıb: 67

Baxışlar: 982 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Fevral 2015  »
BBeÇaÇCaCŞ
1234567
891011121314
15161718192021
22232425262728
Yazıların arxivi
Design by UsiGroup  © 2024