Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2012 » Mart » 27 » GVB Şuranın dəstəyi ilə “Narkotiklərdən əl çəkək” layihəsinə start verdi
10:53
GVB Şuranın dəstəyi ilə “Narkotiklərdən əl çəkək” layihəsinə start verdi
GVB Şuranın dəstəyi ilə “Narkotiklərdən əl çəkək” layihəsinə start verdi
qhtxeber.az// Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi ilə Gənc Vətənpərvərlər Birliyi “Narkotiklərdən əl çəkək” devizi altında gənclərin iştirakı ilə regionlara avto-turun təşkil olunması və idman yarışlarının keçirilməsi” adlı layihəyə bu gündən start verdi. qhtxeber.az-ın məlumatına əsasən, üc ay müddətində həyata keçiriləcək layihənin bir neçə mərhələdə icra olunması nəzərdə tutulub. Layihənin 1-ci mərhələsində maarifləndirmə məqsədi ilə orta ümumtəhsil, orta ali ixtisas və ali məktəblərdə, idman cəmiyyətlərində gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların sağlam həyat tərzi prinsiplərinə riayət etməsi, müxtəlif zərərli vərdişlərin təsirinə düşmək istiqamətində riskli davranışlara yol verməməsi ilə bağlı QİÇS, narkomaniya, içki aludəçiliyinə, siqaret çəkmək kimi zərərli vərdişlərə yiyələnmənin mənfi tərəfləri, narkotiklərə qarşı hüquq-mühafizə orqanları ilə əməkdaşlığa cəlb olunmanın müsbət tərəflərinin qeyd olunması nəzərdə tutulur. Həmçinin, “Narkotiklərdən əl çəkək!”, “Narkotiklərə yox deyək”, “Gələcəyimizi qoruyaq. Ağ ölüm” şüarları ilə gənclər arasında zərərli vərdişlərdən qorunmanın üsulları, dinin zərərli vərdişlərə qarşı olması ilə bağlı təbliğat işləri, mənəvi dəyərlər, sağlam həyat və sağlam ailə təbliğatı mövzularında maarifləndirmə işi həyata keçiriləcək.
Layihə çərçivəsində Bakı şəhəri və ətraf rayonlarda müxtəlif idman tədbirləri, eyni zamanda profillaktik tədbirlər, seminarlar, görüşlər və yüngül atletika üzrə estafet qaçışlar, şərq təkbətək əlbəyaxa döyüş növləri üzrə (karate-do) yarışlar təşkil ediləcək. Layihənin uğurla realizə olunması üçün təşkilat komitəsi və könüllülərdən ibarət ekspertlərin, mütəxəssislərin və bu sahədə xüsusi biliyə və bacarığa malik şəxslərin, narkomaniyadan reabilitasiya olunmuş bir çox gənclərin cəlb olunması və dövlət orqanları nümayəndələrinin, xususilə hüquq-mühafizə orqanlarının əməkdaşlarının seminarlarda iştirak etməsi planlaşdırılıb.
Layihənin növbəti mərhələsində Bakı şəhər və ətraf rayonlarında əhatə edən ekspertlərin nəzarəti altında sosioloji-tədqiqat şərti olaraq 3 dövrə bölünərək həyata keçiriləcək. Belə ki, hazırlıq-təşkilati işlərin yekunlaşdırılması, respondetlərin arasında paylanması mərhələlərindən sonra sorğunun nəticələrinin ictimaiyyət qarşısında hesabatının verilməsi nəzərdə tutulur.
Layihənin sonunda layihədə ən fəal könüllülərə, idmançılara fəxri diplomlar, hədiyələr veriləcək və aktivliyi ilə seçilən iştirakçılara idman kostyumları təqdim ediləcək.
Layihənin uğurla həyata keçirilməsi üçün İdarə Heyətinin Qərarı ilə Bakı şəhəri üzrə Layihənin rəhbəri M.Əliyev, koordinator N.Abiyeva, Birliyin humanitar və mədəniyət şöbəsinin müdiri N.Qacayev, Qacqın və məcburi köçkünlərlə iş şöbəsinin müdiri Canoğlan İlyas oğlu, fiziki və psixoloji hazırlıq şöbəsinin müdiri İ.Əliyev, orta ixtisas məktəblərlə iş şöbəsinin müdir müavini T.Bağırova, Oyama karate-do klubunun prezidenti H.Əlili, karate-do üzrə məşqçi Ə.Əşrəfov, həkim psixoloq Ə.Abbasquliyev, həkim S.Bağırova, texniki məsələlər üzrə müşavir M. Səlimov, KİV üzrə sədrin müşaviri J. Tofiqqızı, İctimai əlaqələr üzrə sədrin müşaviri N.Niftiyev və könüllülər, Qərb bölgəsi üzrə,GVB-nin Gəncə şəhər yerli şöbəsinin müdiri E.Axundov, müavin H.Vəliyev, qərb regional üzrə humanitar və mədəniyyət sahəsi üzrə sədrin müşaviri N.Ələsgərova, F.Yusibov, A.Rəsulov, A.Mirzəyeva və təşkilat komitəsinin üzvləri təsdiq olunub.
Baxışlar: 730 | Əlavə etdi: GVB | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Mart 2012  »
BBeÇaÇCaCŞ
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024