Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2011 » Mart » 7 » GVB sedri: “Ümumtehsil mekteblerinde fiziki, psixoloji işin yeni metodlarla tetbiq olunmasına ehtiyac var”
17:17
GVB sedri: “Ümumtehsil mekteblerinde fiziki, psixoloji işin yeni metodlarla tetbiq olunmasına ehtiyac var”
Genc Vetenperverler Birliyi (GVB) Gencler ve İdman Nazirliyinin maliyye desteyi ile “Genclerin vetenperverlik ruhunda terbiye olunması üçün fiziki, psixoloji, fizioloji rolunun artırılması istiqametinde kompleks tedbirlerin heyata keçirilmesi” adlı layihe çerçivesinde tedbir keçirib.Tedbir Tehsil Nazirliyinin 1 saylı RİOEUG mektebinde keçirilib.
Tedbirde çıxış eden GVB-nin sedri, fexri beden terbiyesi ve idman işçisi Müqamet Eliyev layihenin icrası ile bağlı melumat verib. O, genclerin vetenperverlik ruhunda terbiye olunması, gencler arasında tebliğat işinin güclendirilmesi, genclerde dözümlülük, merdlik, teşebbüskarlıq cehetlerinin yaxşılaşdırmaq üçün herbi hisselerde, ümumtehsil mekteblerinde fiziki, psixoloji işin yeni metodlarla tetbiq olunmasının vacib olduğunu qeyd edib.
M.Eliyev bildirib ki, mekteblerde idman derslerinde yeniyetme ve genclerin qısa, orta, uzaq mesafeli ve maneeli zolaqlarla qaçışları mütemadi olmalıdır, çünki herbi hiselerde fiziki hazırlığı olmayan genclerde müeyyen problemler yaranır.
1 saylı RİOEUG mektebinin direktoru Oruc Memmedli ise qeyd edib ki, bele layihelerin heyata keçirilmesi gencler arasında vetenperverlik terbiyesini güclendirir ve onlarda tariximize, milli qehremanlarımıza, milli deyerlerimize hörmet ve ehtiramı artırır.
Baxışlar: 1036 | Əlavə etdi: Natiq | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Mart 2011  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024