Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2014 » İyun » 24 » GVB praktik konfrans və təlim keçirdi
14:14
GVB praktik konfrans və təlim keçirdi

GVB praktik konfrans və təlim keçirdi
Gənc Vətənpərvərlər Birliyi (GVB) Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Narkomaniyaya yox-Sağlam həyata HƏ” devizi altında gənclərin iştirakı ilə preventiv tədbirlərin və idman yarışların keçirilməsi adlı layihə çərçivəsində BMM-də 26 İyun – Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə “Güclü Azərbaycan Ordusu ölkədə həyata keçirilən dövlət quruculuğunun ən böyük uğurlarından biridir” mövzusunda elmi nəzəri praktik konfrans və təlim keçirib.
AZADİNFORM xəbər verir ki, tədbirdə GİN–in məsul işçisi M.Nəsibov ,Həkim ekspert Ə. Abbasquliyev, hərbi təqaütcü S.Əlizadə ,AMEA –n elmi işçisi S.Zülfüqarova,GVB-nin İdarə Heyətinin üzvləri, yerli şöbələri, müxtəlif idman federasiyalarının məşqçiləri, idmançılar və QHT nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən layihə rəhbəri GVB-n sədri, Fəxri bədən tərbiyəsi və idman işçisi Muğan Əliyev Silahlı Qüvvələr Günü ilə bağlı toplantı iştirakçılarına məlumat verib. M. Əliyev bildirib ki, ölkədə bütün sahələrdə həyata keçirilən uğurlu dövlət siyasəti ordu quruculuğu prosesindən də yan keçməyib. Layihə rəhbəri qeyd edib ki, ölkənin etibarlı müdafiəsinin təşkil edilməsi, hərbi potensialın gücləndirilməsi, qoşun birləşmələrinin döyüş hazırlığının müasir standartlar səviyyəsinə çatdırılması üçün bir sıra uğurlu işlər görülür. M.Əliyev bildirib ki, Azərbaycanda ordu quruculuğu işinə ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıtmasından sonra start verilib. O, hazırda bu işin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycan ordusunun Cənubi Qafqazın ən güclü ordusu olduğunu vurğulayıb. Tədbirdə 120 nəfər gənc iştirak edib. Onlara alkoqolizm, narkomaniya, siqaret və s. kimi zərərli vərdişlərin yaradacağı fəsadlar barədə geniş məlumat verilmiş və yaranan psixoloji və fiziki asılılıq aspektləri izah edilmişdir. Mövzuya uyğun hazırlanmış maarifləndirmə materialları iştirakçılara paylanılıb. Layihədə aparılan müzakirələr zamanı, gənclərin və yeniyetmələrin özlərini təsdiqetmə vasitələri olaraq zərərli vərdişlərdən istifadə edilməsi, özlərini daha "müstəqil” və "sərbəst” fikirli olduqlarını düşünməsi ortaya çıxan fəsadlar kimi müəyyən olunub. Layihədə iştirak edən GİN-in məsul işçisi M.Nəsibov dövlətin gənclərə qayğısından , maarifləndirmə tədbirlərindən və bu tipli layihələrin əhəmiyyətindən geniş məlumat verib.
Sonra çıxış edən ictimaiyyət nümayəndələri, ziyalılar və QHT təmsilçiləri bu yönlü layihələrin keçirilməsini vacib sayıblar, Gənclər Fonduna və Gənc Vətənpərvərlər Birliyinin işlərində yeni-yeni uğurlar diləyiblər.
Tədbirin sonunda tədbirdə iştirak edən QHT nümayəndələrinə, qonaqlara rəngli bukletlər, broşurlar, üzərində Heydər Əliyevin şəkili olan döş nişanı və milli hərbi vətənpərvərlik hisslərinin aşılanmasında göstərdikləri xidmətlərə görə H. Əlili, M.Əliyev, G.Salmanova fəxri diplomlar təltif olunub.
Qeyd edək ki, tədbirdə qərara alınıb ki, bu cür tədbirlərin iyunun 27-dək Lənkəran, Şirvan və Gəncə şəhərlərində də təşkil olunsun.

http://www.azadinform.az/news/a-72454.html

Baxışlar: 692 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  İyun 2014  »
BBeÇaÇCaCŞ
1234567
891011121314
15161718192021
22232425262728
2930
Yazıların arxivi
Design by UsiGroup  © 2024