Gənc Vətənpərvərlər Birliyi (GVB) Gənclər və İdman Nazirliyin maliyyə dəstəyi ilə “Gənclər sağlam həyat tərzi seçir “Narkotiklərdən əl cəkək” devizi altında gənclərin iştirakı ilə avtoturun təşkili və idman tədbirlərin həyata keçirilməsi” adlı layihə çərçivəsində Kürdəmir rayon Muradxan və Sorsor kənd tam orta məktəblərində “Gənclər sağlam həyat tərzi seçir, narkotikə yox!” sağlam həyata Hə,” mövzularında elmi nəzəri praktik konfrans və təlim keçirilib.
GVB-nin KİV üzrə əlaqələndiricisi, layihə üzrə təşkilat komitəsinin üzvü Ayşən Talıbova tədbiri açıq elan edərək layihənin başlıca məqsədinin cəmiyyətin narkomaniya, siqaret İİV-QİÇS və digər zərərli vərdişlərlə mübarizədə sosial fəallığının artırılmasına nail olmaq, gənclərin zərərli vərdişlərdən kənarlaşması istiqamətində mübarizə işinin aparılmasının genişləndirilməsi olduğunu bildirib.
Muradxan kənd M. Abdulayev adına tam orta məktəbin direktoru Usubov Abdulla qeyd edərək bildirib ki, bu gün bəşəriyyəti düşündürən və rahatsız edən ən ağırlı problemlərdən biri cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya və geniş anlamada narkotizimdir, gəlin gələcəyimizi qoruyaq narkomaniyaya yox deyək. Tədbirdə çıxış edənlər E. Ağayev adına Sorsor kənd tam orta məktəbin direktoru Səfərov Zeynal, məktəbin tərbiyə işlər üzrə direktor müavin Bağıyeva Nurlanə, xarici dillər müəlliməsi Tamella Mərdənzadə, kimya müəllimi Mehman Vəliyev, Muradxan kənd tam orta məktəbin tərbiyə işlər üzrə direktor müavini Şirinova Sahilə, fizika müəllimi Xəlilov Maarif, Azərbaycan dili və ədəbiyyat müəllimi Xəlilov Qaçay ingilis dili müəllimi Hüseynov Məcid və digərləri QİÇS-İİV və narkomaniyanın fasadlarından və onların insanın sağlam həyat tərzi üçün təhlükəsindən eyni zamanda siqaretin insan orqanizmində törətdiyi fəsadları özündə əks etdirən müxtəlif şəkillər yeniyetmə və gənclərə nümayiş olunub.
Layihə iştirakçıları əsasən 14-29 yaş arası olan gənclərdən ibarət olub.
http://www.azadinform.az/news/a-82016.html
|