Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2013 » Noyabr » 25 » Muğan Əliyev yenidən Gənc Vətənpərvərlər Birliyinin sədri seçilib (azadinform.az, qhtxeber.az)
12:28
Muğan Əliyev yenidən Gənc Vətənpərvərlər Birliyinin sədri seçilib (azadinform.az, qhtxeber.az)
Muğan Əliyev yenidən Gənc Vətənpərvərlər Birliyinin sədri seçilib - azadinform.az
Gənc Vətənpərvərlər Birliyinin növbəti - III Qurultayı keçirilib.
Qurultayda Birliyin İdarə Heyəti, səlahiyyətli nümayəndələri, fəal üzvləri, müxtəlif QHT nümayəndələri və KİV-lər iştirak edib. Gündəlikdə duran əsas məsələlər Birliyin sədrinin və İdarə Heyətinin tərkibinin seçilməsi və Gənc Vətənpərvərlər Birliyinin Nizamnaməsinin qəbul edilməsi olub. İlk öncə GVB sədri Muğan Əliyevin son 2 ildə görülən işlər haqqında hesabatı dinlənilib. Qeyd olunub ki, GVB Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması, yeniyetmə və gənclər arasında milli və hərbi vətənpərvərlik hisslərinin aşılanması sahələrində böyük işlər görüb. Daha sonra çıxış edən Birliyin yerli şöbələrinin sədrləri də son dövrlərdə GVB-in həyata keçirdiyi uğurlu tədbirlər haqqında məlumat verib. Çıxışlardan sonra səsvermə keçirilib və nəticələrə görə Gənc Vətənpərvərlər Birliyinin Sədri yenidən Muğan Əliyev seçilib. Birliyin İdarə Heyətinin tərkibi təsdiq edilib, Birliyin Mərkəzi Təftiş Komissiyasının üzvləri seçilib. Qurultayın sonunda qətnamə qəbul edilib.

Qurultayın sonunda yeni seçilmiş İdarə Heyətinin üzvlərinin yığıncağı keçirilib. İcra olunan layihələr barədə müzakirələr, eyni zamanda birliyin layihə çərçivəsində apadığı təhqiqat və sosioloji sorğuların nəticələrinə əsaslanaraq Azərbaycanda, xüsusilə də Bakı şəhərində, digər böyük şəhərlərdə "Məktəblilər mərkəzi”nin yaradılması və əhəmiyyətindən, eyni zamanda Azərbaycanda yaşlı insanlara və xəstə şəxslərə (əmək və fiziki qabiliyyəti olmayanlara və yada məhdud olanlara) "məişət xidmətləri mərkəzləri"nin yaradılması və əhəmiyyətindən söhbət açılıb və bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və əlaqədar təşkilatlara rəsmi təklif paketinin göndərilməsi barədə qərar qəbul olunub.- qhtxeber.az
Baxışlar: 503 | Əlavə etdi: Natiq | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Noyabr 2013  »
BBeÇaÇCaCŞ
     12
3456789
10111213141516
17181920212223
24252627282930
Yazıların arxivi
Design by UsiGroup  © 2024