Birliyin Lənkəran rayon yerli şöbəsi tədbir keçirib
Gənc Vətənpərvərlər Birliyi QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyə dəstəyilə "Gənclər arasında İnsan alveri və narkomaniyanın qarşısını almaq məqsədi ilə preventiv tədbirlərin keçirilməsi və milli-mənəvi dəyərlərinin gücləndirməsi” adlı layihə çərcivəsində GVB-n Lənkəran rayon yerli şöbəsi "Narkomanlığa qarşı mübarizə mənəviyyatın xilası deməkdir” mövzusunda elmi nəzəri praktik konfrans keçirilib. Birlikdən "Azadinform”a verilən məlumata görə, tədbirdə insan alveri, narkomaniya və pis vərdişlərə qarşı maarifləndirmə işlərinin aparılması və milli-mənəvi dəyərlərinin qorunub saxlanılması barədə fikirlər bildirilib.