Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Gənclər arasında İnsan alveri və narkomaniyanın qarşısını almaq məqsədi ilə preventiv tədbirlərin keçirilməsi və milli-mənəvi dəyərlərinin gücləndirilməsi” adlı layihə çərçivəsində GVB-nin Lənkəran rayon yerli şöbəsi "Narkomanlığa qarşı mübarizə mənəviyyatın xilası deməkdir” mövzusunda elmi nəzəri praktik konfrans keçirilib. qhtxeber.az-ın məlumatına görə, konfransda GVB sədrinin hüquq məsələləri üzrə müşaviri, Lənkəran rayon yerli şöbəsinin müdiri Seyran Səlimov çıxış edərək Respublika prezidenti İlham Əliyevin ölkədə apardığı uğurlu siyasətin nəticəsində işsizliyin aradan qaldırılması, yeni açılan iş yerlərinin bu çirkli biznesin, insan alverinin azalmasındakı rolundan, belə tədbirlərin zəruriliyi və əhəmiyyətindən danışıb. Konfransda Lənkəran rayon ictimaiyyətinin nümayəndələri çıxış edərək insan alveri və narkomaniyanın fəsadlarından, milli-mənəfi dəyərlərinin qorunub saxlanılmasından söhbət açıb və bu sahədə mübarizə aparmağı gənclərə tövsiyə ediblər.
qhtxeber
|