Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilati dəstəyi ilə Azərbaycan Respublikasının Konstitusiya gününə həsr olunmuş elmi-praktik konfrans keçirib. Gənc Vətənpərvərlər Birliyinin sədri Müqamət Əliyev tədbir iştirakçılarını Konstitusiya Günü münasibəti ilə təbrik edib. O bildirib ki, ilk dəfə 1978-ci ildə Ulu Öndərimiz Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada qeyd olunmasına nail olub: “Müstəqilliyimizin bərpasından sonra da ulu öndər demokratik, humanist, hüquqi dəyərləri özündə əks etdirən milli bir konstitusiyanın hazırlanmasına və qəbul olunmasına nail olub. 1995-ci il noyabrın 12–də kecirilən Azərbaycan Respublikası referendumunda qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan xalqının dövlət və dövlətçilik ənənələrini əks etdirir”.QHT sədri vurğulayıb ki, Konstitusiyamızda əks olunan əsas prinsiplər, ümummilli lider Heydər Əliyevin siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsində Azərbaycanın dünyaya inteqrasiya edən aparıcı dövlətlərindən birinə çevrilməsi sevindirici haldır. Tədbirdə cıxış edən GVB-nin fəxri üzvü, ziyallı R.Hacıyev, D.Quliyev, G.Məmmədova, müşavirlər S.Quliyeva, J.Tofiqqızı, N.Niftiyev, QHT nümayəndələri E.Əliyev, N.Quliyeva, A.Quliyev, tarixşünas F.Həsənova və başqaları Konstitusiya Günün əhəmiyyətindən danışıblar. Tədbir diskusiya şəkilində davam etdirilib.
|