GVB I rübü dəyərləndirdi I rübün yekunu ilə bağlı Gənc Vətənpərvərlər Ictimai Birliyi İdarə heyətinin iclası keçirilib.
Iclası giriş sözü ilə açan birliyin sədri Muğan Əliyev iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib. Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri R. Hacıyeva I rübdə görülən işlər barəsində hesabat verib. Yığıncaqda təşkilatı məsələlərə də baxılıb. GVIB sədrinin təklifi ilə İdman Departamentinin direktoru vəzifəsinə Akşin Fazil oğlu Hüseynov təyin olunub.
İclasda cari məsələlər də müzakirə olunmuş və II rübdə görüləcək işlər, Ümummilli liderimiz Heydər Əliyevin 96 illk yubileyinə həsr olunmuş idman tədbirlərinin keçirilməsi haqqında tədbirlər planı təsdiq olunub və icra olunacaq layihə üzrə təşkilat komitəsi yaradılıb
|