Muğan Əliyev: Gənclərin böyük bir qismi narkomaniyadan əziyyət çəkirGənc Vətənpərvərlər Birliyi "Gənclər arasında İnsan alverinin və narkomaniyanın qarşısının alınması məqsədilə preventiv tədbirlərin keçirilməsi və milli dəyərlərimizin gücləndirilməsi" adlı layihə ilə bağlı konfrans keçirib. ''Azadinform'' xəbər verir ki, konfransda çıxış edən GVB-nin sədri Muğan Əliyev bildirib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da gənclərin böyük bir qismi narkomaniya və onun törətdiyi xəstəliklərdən əziyyət çəkirlər. Əhalinin, xüsusən gənclərin bu haqda məlumatlarının, biliklərinin az olması onlar arasında daha məsuliyyətli işlərin görülməsini labüd edir. Qeyd edək ki, əvvəllər də layihə çərçivəsində İdman cəmiyyətlərində və xüsusilə aparıcı ali təhsil müəssisələrinin yerləşdiyi regionlarda və ümumtəhsil orta ixtisas məktəblərində İnsan alveri və narkomaniya əleyhinə maarifləndirmə - təbliğat xarakterli bir çox tədbirlər həyata keçirilib.
|