Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2012 » İyul » 23 » GVB _İ GİN maliyə dəstəyi ilə tədbir keçirib
10:33
GVB _İ GİN maliyə dəstəyi ilə tədbir keçirib
GVB layihə çərçivəsində ilk tədbirini keçirdi
+ - Çap Yerləşdirilib: 23.07.12 | Baxılıb: 4

qhtxeber.az// Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirıliyinin maliyə dəstəyi ilə “Gənclər Vətənpərvərlik Ruhunda” adlı layihə çərcivəsində “Vətənpərvərlik insanların fiziki və mənəvi sağlamlığı şüurun inkişaf etməsi idmanla sıx bağlıdır” mövzusunda TN-n RİOEUGI- məktəbində elmi-praktik konfrans keçirib.
qhtxeber.az-ın verdiyi məlumata görə, konfransda layihənin koordinatoru A.Vəliyeva tədbirin mahiyyəti barədə məlumat verib.
Konfransda çıxış redən GVB–nin sədri Muğan Əliyev layihə çərçivəsində orta ümumtəhsil, orta ixtisas və ali orta ixtisas təhsil müəssisələrində, idman cəmiyyətlərində dərs saatlarında yeniyetmə və gəncləri milli qürur, vətənə məhəbbət və sədaqət, etik və estetik tərbiyə, milli və döyüş ruhunu, vətənin müdafiəsində fiziki və psixoloji cəhətdən təbliq və hazırlamaqla yanaşı, milli qəhrəmanlarımızın şücaətindən, eyni zamanda milli-mənəvi dəyərlərimizdən söhbət açıb. “Bu layihə çərcivəsində əsas məqsəd vətənpərvərlik ruhunda yeniyetmə və gəncləri maarifləndirməkdir. Bu sahədə müəllim kollektivinin üzərinə böyük məsuliyyət düşür və bu sahədə işlərin gücləndirilməsinə böyük ehtiyac duyulur”. M.Əliyev bildirib ki, qarşıdan gələn Gənclər və İdman Nazirliyinin yaranma günü ilə əlaqədar layihə çərcivəsində yüngül atletika üzrə estafet qaçış, enişli-yoxuşlu və maneəli zolaqlarla qaçışın təşkili nəzərdə tutulub.
Tədbirdə cıxış edən GİN-n məsul işçisi və GVB-nin texniki məsələlər üzrə müşaviri M.Nəsibov, TN RİOEUG məktəbinin direktoru O.Məmmədli, təlimatçı F.Bağırova, məşqçi Ə.Məmmədov, GVB-nin İctimai siyasi əlaqələr üzrə sədrin müşaviri N.Niftiyev, fiziki və psixoloji hazırlıq şöbəsinin müdüri İ.Əliyev, orta ixtisas məktəbləri ilə iş şöbəsinin müdüri N.Abıyeva, psixoloq S.Bağırlı , təşkilat komitəsinin üzvü A.Əsədov və başqaları bu yönümlü layihələrin vacibliyindən, uşaq, yeniyetmə və gənclər arasında vətənpərvərlik istiqamətində tərbiyədən ,onlar arasında psixoloji-ideoloji işlərin gücləndirilməsindən söz açıblar.
Konfrans başa catdıqdan sonra diskusiyalar idman bölmələrində davam etdirilib. Tədbirin sonunda tədbir iştirakçılarına buklet və fəxri diplomlar təqdim edilib.

Hazırladı: Jalə
Baxışlar: 611 | Əlavə etdi: GVB | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  İyul 2012  »
BBeÇaÇCaCŞ
1234567
891011121314
15161718192021
22232425262728
293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024