Saytın menyusu
Statistika

Onlaynda cəmi: 2
Qonaqlar: 1
İstifadəçilər: 1
Aliyev
Giriş forması
Ana səhifə » 2012 » İyul » 25 » GVB _İ GİN maliə dəstəyi ilə GİN yaranma günü ilə əlaqədar tədbir keçirib
10:30
GVB _İ GİN maliə dəstəyi ilə GİN yaranma günü ilə əlaqədar tədbir keçirib
+ - Çap Yerləşdirilib: 25.07.12 | Baxılıb: 8
qhtxeber.az// Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Gənclər Vətənpərvərlik Ruhunda” adlı layihə çərcivəsində “Hər bir Vətəndaş çalışmalıdır ki, gənc nəslimiz vətənpərvərlik ruhunda tərbiyə alsın, torpağını müdafiə etməyə hazır olsun, yaxşı təhsil alsın, müasir tələblərə uyğun səviyyəyə çatsın” mövzusunda elmi praktik konfrans keçirib.
qhtxeber.az-ın verdiyi məlumata görə, tədbiri GVB-nin sədr müavini A.Əsədov acaraq tədbir iştirakcılarına layihə barədə məlumat verdi.
Konfransda çıxış edən layihənin rəhbəri M.Əliyev tədbir iştirakçılarını GİN-in yaranması münasibətilə təbrik etdikdən sonra bildirdi ki, layihə çərçivəsində gənclərimizi hərbi vətənpərvərlik ruhunda tərbiyələndirmək lazımdır: “Gələcəyimiz olan gənclər ölkəmizə, millətimizə, dövlətimizə sədaqətlə xidmət etməlidir, gənclərin vətənpərvərlik işinin və bütün idioloji işimizin ayrılmaz hissəsidir və bu işin səmərəliliyi xeyli dərəcədə hər bir gəncin milli ordu sıralarında xidmət etməyə hazır olması ilə müəyyən edilir”.
M.Əliyev onu da qeyd etdi ki, icra olunan layihə çərçivəsində 2012-ci il “İdman ili” olduğuna görə, Bakı şəhəri və ətraf rayonlarında idman tədbirlərin keçirilməsinə də xususi yer veriləcək. Tədbirdə “Kütləvi bədən tərbiyəsinin təbliğində, eləcə də milli dəyərlərimizin gücləndirilməsi istiqamətində yüksək təşkilatçılıq fəaliyyətinə və xidmətlərinə görə bir qrub idmançı gənclər fəxri diplomlarla təltif edildi. Konfrans başa çatdıqdan sonra görüşlər idman bölmələrində davam etdirildi və daxili Cü-Citsu və karate-do üzrə idman yarışı və estavet qaçışı keçirildi, qaliblər mükafatlandırıldı.



Şərh əlavə etmək
Baxışlar: 543 | Əlavə etdi: GVB | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  İyul 2012  »
BBeÇaÇCaCŞ
1234567
891011121314
15161718192021
22232425262728
293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024