Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2016 » Dekabr » 23 » GVB Həmrəylik Günü münasibəti ilə tədbir keçirib
10:07
GVB Həmrəylik Günü münasibəti ilə tədbir keçirib
GVB Həmrəylik Günü münasibəti ilə tədbir keçirib
GƏNC VƏTƏNPƏRVƏRLƏR BİRLİYİ Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondun maliyyə dəstəyi ilə “Genetik modifikasiya olunmuş orqanizmli (GMO) məhsullarla bağlı əhalinin məlumatlandırılması “adlı layihə çərçivəsində Dünya Azərbaycanlıların Həmrəyliyi günü və Yeni il münasibəti ilə “Azərbaycan bütün dünya Azərbaycanlılarının tarixi vətəni, doğma ata –baba ocağıdır” ,və ”Geni Modifikasiya Olunmuş məhsullara qəti olaraq yox deyək mövzusunda tədbir keçirilmişdir. Tədbirdə birliyin idarə heyətinin üzvləri, yerli şöbələr, üzv olan idman federasiyaları və idman cəmiyyətlərinin nümayəndələri iştirak ediblər. Gənc Vətənpərvərlər Birliyinin sədri Muğan Əliyev tədbir iştirakçılarını yeni il münasibəti ilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb. Mövzu ilə bağlı ətraflı söhbət açan M. Əliyev qeyd edib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyinə nail olan, ilk dəfə bir araya gətirən və 2001-ci ildə Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsinə nail olan məhz Ulu öndər Heydər Əliyev olub: “Hazırda Respublika Prezidenti İlham Əliyev tərəfindən xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, müdafiəsi, milli–mənəvi dəyərlərin qorunması, onların ictimai-siyasi fəallığının artırılması, eləcə də diaspor təşkilatları tərəfindən xalqımızın mədəni irsinin təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, müxtəlif ölkələrin ictimai və siyasi dairələrilə əlaqələrin yaradılması, lobbi quruculuğu istiqamətində konkret işlər görülür”. GVB sədri onu da vurğulayıb ki, milli dəyərlərimizi, tariximizi, mədəni irsimizi daim təbliğ edən, Dünya Azərbaycanlılarına hər bir sahədə köməklik göstərən, vətənpərvərliyi ilə seçilən, Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycan Gəncləri Təşkilatının sədri Leyla Əliyeva 2016-ci ildə də bir gənc olaraq öz azərbaycançılığını gördüyü işlərlə sübut edib: “Ona görə də biz hamımız dövlətimizin yürütdüyü siyasətdə yaxından iştirak etməli və köməkliyimizi əsirgəməməliyik. Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində yürütdüyü siyasəti də tam dəstəkləyirik. Ali Baş Komandanımızın bildirdiyi kimi, aparılan sülh danışıqları baş tutmasa, Azərbaycanda dilindən, dinindən, mənsubiyyətindən asılı olmayan hər birimiz sülh isləyiriksə, müharibəyə hazır olmalıyıq”.
Sonra çıxış edən könüllü ekspert A. Əsədov bildirdi ki , Gen köçürülmüş orqanizm genetik yeniləşdirilmiş və ya genetik modifikasiya olunmuş orqanizm – GMO adlanır.
Indi dünyanın ən inkişaf etmiş ölkələrində (ABŞ, Kanada, Çin, Yaponiya və s.) ərzaq məhsullarının, meyvə və tərəvəzlərin 70%-dən çoxunun tərkibində transgen inqredentlər var. Hazırda 23 ölkə GMO orqanizmləri kənd təsərrüfatı məhsullarında becərir. Sonuncu olaraq Misir bura daxil olub. Bu ölkə 4 qarğıdalı analoqunu Cənubi Afrikadan əldə edib və 4 əyalətdə becərilməsinə icazə verib.
Sonda maarifləndirici materiallar paylanmış suallar cavablandırılmışdır.
Daha sonra Genetik modifikasiya olunmuş orqanizmli (GMO) məhsullar mövzusunda açıq dialoq şəklində davam edən tədbirdə fəal gənclər müzakirə olunan mövzu ilə bağlı təkliflərini bildiriblər.
Tədbirlər birliyin icra planına uyğun 29-30 dekabr tarixində Gəncədə ,Şəmkirdə Gənclər və İdman İdarələrin təşkilatçılığı ilə həyata keçiriləcək
GVB KİV iş üzrə şöbəsi

GVB-nin mətubat və informasiya şöbəsi
Baxışlar: 365 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Dekabr 2016  »
BBeÇaÇCaCŞ
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024