Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2015 » Dekabr » 30 » GVB Həmrəylik Günü münasibəti ilə tədbir keçirib
10:53
GVB Həmrəylik Günü münasibəti ilə tədbir keçirib
GVB Həmrəylik Günü münasibəti ilə tədbir keçirib
+ - Çap Yerləşdirilib: 29.12.15 | Baxılıb: 16

qhtxeber.az// Gənc Vətənpərvərlər Birliyi Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə “Azərbaycan bütün dünya azərbaycanlılarının tarixi vətəni, doğma ata–baba ocağıdır” mövzusunda tədbir keçirib.

qhtxeber.az-ın məlumatına görə, tədbirdə birliyin idarə heyətinin üzvləri, yerli şöbələr, üzv olan idman federasiyaları və idman cəmiyyətlərinin nümayəndələri iştirak ediblər. Gənc Vətənpərvərlər Birliyinin sədri Muğan Əliyev tədbir iştirakçılarını yeni il münasibəti ilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb.

Mövzu ilə bağlı ətraflı söhbət açan M. Əliyev qeyd edib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyinə nail olan, ilk dəfə bir araya gətirən və 2001-ci ildə Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsinə nail olan məhz Ulu öndər Heydər Əliyev olub: “Hazırda Respublika Prezidenti İlham Əliyev tərəfindən xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, müdafiəsi, milli–mənəvi dəyərlərin qorunması, onların ictimai-siyasi fəallığının artırılması, eləcə də diaspor təşkilatları tərəfindən xalqımızın mədəni irsinin təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, müxtəlif ölkələrin ictimai və siyasi dairələrilə əlaqələrin yaradılması, lobbi quruculuğu istiqamətində konkret işlər görülür”.

GVB sədri onu da vurğulayıb ki, milli dəyərlərimizi, tariximizi, mədəni irsimizi daim təbliğ edən, Dünya Azərbaycanlılarına hər bir sahədə köməklik göstərən, vətənpərvərliyi ilə seçilən, Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycan Gəncləri Təşkilatının sədri Leyla Əliyeva 2015-ci ildə də bir gənc olaraq öz azərbaycançılığını gördüyü işlərlə sübut edib: “Ona görə də biz hamımız dövlətimizin yürütdüyü siyasətdə yaxından iştirak etməli və köməkliyimizi əsirgəməməliyik. Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində yürütdüyü siyasəti də tam dəstəkləyirik. Ali Baş Komandanımızın bildirdiyi kimi, aparılan sülh danışıqları baş tutmasa, Azərbaycanda dilindən, dinindən, mənsubiyyətindən asılı olmayan hər birimiz sülh isləyiriksə, müharibəyə hazır olmalıyıq”.

Tədbirdə idarə heyətinin üzvləri, GVB sədrinin müşaviri N. Niftiyev, Yasamal rayon yerli şöbəsinin müdiri A. Quliyev, şöbə müdiri N. Qaçayev, Qarabağ veteranı S. Əliyev, Ş. Azəri, tarixçilər A. Həmidov, T. Əsədov və başqaları çıxış ediblər.

Tədbirin sonunda bir sıra idmançı və fəal gəncə fəxri diplom və təşəkkür məktubları təqdim olunub.

Hamlet
Baxışlar: 408 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Dekabr 2015  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024