Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2015 » Dekabr » 29 » GVB Həmrəylik Günü münasibəti ilə tədbir keçirib
11:12
GVB Həmrəylik Günü münasibəti ilə tədbir keçirib
GVB Həmrəylik Günü münasibəti ilə tədbir keçirib
Gənc Vətənpərvərlər Birliyi Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə “Azərbaycan bütün dünya azərbaycanlılarının tarixi vətəni, doğma ata–baba ocağıdır” mövzusunda tədbir keçirib.
Tədbirdə birliyin idarə heyətinin üzvləri, yerli şöbələr, üzv olan idman federasiyaları və idman cəmiyyətlərinin nümayəndələri iştirak ediblər. Gənc Vətənpərvərlər Birliyinin sədri Muğan Əliyev tədbir iştirakçılarını yeni il münasibəti ilə təbrik etdi, onlara işlərində uğurlar arzuladı. Mövzu ilə bağlı ətraflı söhbət açan M.Əliyev qeyd etdi ki, Dünya Azərbaycanlılarının Həmrəyliyinə nail olan və ilk dəfə bir araya gətirən və 2001-ci ildə Dünya Azərbaycanılarının birinci qurultayının keçirilməsinə nail olan məhz Ulu öndər Heydər Əliyev olmuşdur. Hazırda Respublika Prezidenti İlham Əliyev tərəfindən xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, müdafiəsi, milli–mənəvi dəyərlərin qorunması, onların ictimai-siyasi fəalığının artırılması, eləcə də diaspor təşkilatları tərəfindən xalqımızın mədəni irsinin təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, müxtəlif ölkələrin ictimai və siyasi dairələrilə əlaqələrin yaradılması, lobbi quruculuğu istiqamətində konkret işlər görülür. GVB sədri onu da vurğuladı ki, milli dəyərlərimizi, tariximizi, mədəni irsimizi daim təbliğ edən, Dünya Azərbaycanlılarına hər bir sahədə köməklik göstərən, vətənpərvərliyi ilə seçilən, Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycan Gəncləri Təşkilatının sədri Leyla Əliyeva 2015-ci ildə də bir gənc olaraq öz azərbaycançılığını gördüyü işlərlə sübut etdi: “Ona görə də biz hamımız dövlətimizin yürütdüyü siyasətdə yaxından iştirak etməli və köməkliyimizi əsirgəməməliyik. Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində yürütdüyü siyasəti də tam dəstəkləyirik. Ali Baş Komandanımızın bildirdiyi kimi, aparılan sülh danışıqları baş tutmasa, Azərbaycanda dilindən, dinindən, mənsubiyyətindən asılı olmayan hər birimiz sülh isləyiriksə, müharibəyə hazır olmalıyıq”.
Tədbirdə idarə heyətin üzvüləri, GVB-nin müşavirləri N.Niftiyev, ı, Yasamal rayon yerli şöbəsinin müdiri A.Quliyev, şöbə müdiri N.Qaçayev, Qarabağ veteranı S.Əliyev, Ş.Azəri, tarixşünas A.Həmidov, T.Əsədov və başqaları çıxış etdilər.
Tədbirin sonunda birliyin beynəxalq əlaqələr şöbəsinin müdiri N.Quliyev, karate-do üzrə 4-cü qara kəmər ustası Ə.Əşrəfov, İ.Əliyev, İ.Siracov və bir sıra fəal gəncə, idmançılara fəxri diplomlar və təşəkkür məktubları təqdim olundu.
Qeyd edək ki, tədbirlər birliyin icra planına uyğun olaraq 29-30 dekabr tarixində Gəncə, Samux və Şəmkirdə Gənclər və İdman İdarələrinin təşkilatçılığı ilə həyata keçiriləcək.


GVB-n Mətubat və İnformasiya şöbəsi
Baxışlar: 396 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Dekabr 2015  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024