Gənc Vətənpərvərlər Birliyi 17 noyabr – Beynəlxalq Tələbələr Günü münasibətilə Gəncədə “Natiqlik və özünü təqdimetmə bacarığı” mövzusunda təlim keçirib. GVB-nin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Nigar Ələsgərova öncə əlamətdar gün münasibətilə tələbələri təbrik edib. Tədbirdə bildirilib ki, bu təlimin məqsədi tələbələrin natiqlik bacarığının inkişaf etdirilməsi, auditoriya qarşısında və rəsmi görüşlərdə özlərini düzgün təqdimetmə qabiliyyətlərinin inkişaf etdirilməsidir.