Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2012 » Mart » 30 » GVB-dən maarifləndirici tədbir
11:50
GVB-dən maarifləndirici tədbir
qhtxeber.az// Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi ilə “Narkotoklərdən Əl çəkək” devizi altında, gənclərin iştirakı ilə regionlara avto turun təşkil olunması və idman yarışların keçirilməsi adlı layihə çərçivəsində Təhsil Nazirliyinin RİOEUGM-unda idman və antinarkomaniya əleyhinə və narkotiklərə qarşı işin gücləndirilməsi və maarifçilik fəaliyyətinin aşılanmasında idmançıların rolu mövzusunda elmi nəzəri praktik konfrans keçirib. qhtxeber.az-ın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan layihənin kardinatoru N.Abiyeva layihənin mahiyyətindən geniş söhbət açaraq sözü layihənin rəhbəri M.Əliyevə verdi. M.Əliyev bildirdi ki, layihənin bir necə mərhələdə icra olunması nəzərdə tutulur. Belə ki, birinci mərhələdə orta ümumtəhsil, orta ixtisas, ali və idman cəmiyyətlərində maarifləndirmə işləri aparılacaq. Əliyev bildirdi ki, gənclərin sağlam həyat tərzi prinsiplərinə riayət etməməsi, müxtəlif zərərli vərdişlərin təsirinə düşməsi QHT-ləri çox düşündürür və bu layihənin həyata keçirilməsində idmançıların, təlimatçı məşqçilərin üzərinə də böyük məsuliyyət düşür: “Narkomaniya nədir? Narkomaniya həyat fəaliyyətinin kobud surətdə pozulmasına və sosial tənəzzülə gətirib çıxaran ağır xəstəlikdir, insan narkotik maddədən asılı olur və zəif qula bənzəyir. İnsan hər şeyi sağlamlığını, qüvvəsini və özünə hörməti itirir. Narkotik maddə təkcə onu qəbul edən insanı məhv etmir, həmçinin narkomanın ailə üzvlərinin sağlamlığına mənfi təsir göstərir, onların uşaqları fiziki və psixiki çatışmamazlıqla dünyaya gəlir”. “Narkotiklər nədir” sualına cavab verən layihə rəhbəri bildirdi ki, narkotiklər orqanizmə toksiki təsir göstərən və faciəli nəticələrə gətirən üzvi (təbii) və qeyri üzvi (sintetik) maddələrdir. Məktəbin direktoru O.Məmmədli bu layihənin mahiyyətinin vacibliyindən geniş söhbət acaraq bildirdi ki, bu yönlü tədbirlərin keçirilməsi vacibdir .Məktəbin kollektivi adından Şuraya və GVB-yə təşəkkür edirik ki, mühüm məsələlərdən biri olan, gənclər arasında narkotiklərə düçar olanların maarifləndirmə işlərini gücləndirirlər. Tədbirdən sonra diskussiyalar məktəbin idman bölmələrində davam etdirildi.
Əlavə etmək: Şəkil 1
Baxışlar: 702 | Əlavə etdi: GVB | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Mart 2012  »
BBeÇaÇCaCŞ
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024