“Gənclər vətənpərvərlik ruhunda” layihəsi çərçivəsində tədbir keçirilib
Adəm Abbaslı/AZADİNFORM. Gənc Vətənpərvərlər Birliyi Gənclər və İdman Nazirliyinin maliyə dəstəyi ilə “Gənclər vətənpərvərlik ruhunda”adlı layihə cərcivəsində Gənclər və İdman Nazirliyin yaranma gününə həsr olunan tədbir keçirib. Birlikdən “Azadinform”a verilən məlumata görə, konfrans xarakterli tədbir DİN-in İdman Cəmiyyətində “Hər bir Vətəndaş çalışmalıdır ki, gənc nəsilimiz vətənpərvərlik ruhunda tərbiyə alsın, torpağını müdafiə etməyə hazır olsun, yaxşı təhsil alsın, müasir tələblərə uyğun səviyyəyə çatsın” mövzusunda təşkil olunub. Tədbirdə layihənin rəhbəri M.Əliyev qeyd edb ki, layihə çərcivəsində 2012-ci il idman ili olduğuna görə Bakı şəhəri və ətraf rayonlarında idman tədbirlərin keçirilməsi xususi önəm daşıyır. Konfrans başa catdıqdan sonra görüşlər idman bölmələrində davam etdirilib və daxili Cü-Citsu və karate-do üzrə idman yarışı keçirilib.
|