Xəbərlər » İdman “Gənclər vətənpərvərlik ruhunda” layihəsi çərçivəsində tədbir keçirilib
Adəm Abbaslı/AZADİNFORM. Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Gənclər vətənpərvərlik ruhunda” adlı layihə çərçivəsində “Vətəni, torpağı müdafiə etmək hər bir gənc üçün müqəddəs olmalıdır” mövzusunda Azərbaycan Milli Karate Federasiyası ilə birgə elmi-nəzəri praktik konfrans və təlim keçirilib. Gənc Vətənpərvərlər Birliyindən “Azadinform”a verilən məlumata görə, layihənin həyata keçirilməsi uşaq, yeniyetmə və gənclər arasında vətənpərvərlik istiqamətində tərbiyənin, onlar arasında psixoloji və ideoloji işlərin gücləndirilməsinə xidmət edir. Konfrans başa çatdıqdan sonra diskussiyalar idman bölmələrində davam etdirilib. Sonda tədbir iştirakçılarına bukletlər və fəxri diplomlar təqdim edilib.
|