GVB-də elmi-praktik konfrans + - Çap Yerləşdirilib: 31.07.12 | Baxılıb: 4 qhtxeber.az// Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirıliyinin maliyə dəstəyi ilə “Gənclər Vətənpərvərlik Ruhunda” adlı layihə çərcivəsində “ Vətəni torpağı müdafiə etmək hər bir gənc üçün müqədəs olmalıdır” mövzusunda Azərbaycan Milli karate fedrasiyası ilə birgə “ŞUA” idman sağlamlıq kompleksində elmi nəzəri praktik konfrans və təlim keçirib. GVB-in mətubat və informasiya şöbəsindən qhtxeber.az-a verilən məlumata görə, layihənin kardinatoru A.Vəliyeva tədbirin mahiyyəti barədə məlumat verib. Konfransda çıxış redən GVB-in sədr müavini A.Əsədov layihə çərçivəsində keçirilən tədbirlərin uğurlarından söhbət açdı və qeyd etdi ki, idman cəmiyyətlərində dərs saatlarında yeniyetmə və gəncləri milli qürur, vətənə məhəbbət və sədaqət ruhunda hazırlanmasında təlimatçı məşqçilərin üzərinə böyük məsuliyyət düşür və bu sahədə marifləndirmə baxımından böyük iş görülməlidi. Tədbirdə çıxış edən Milli karate fedrasiyasının prezidenti Y.Bəşirov bildirdi ki, gənclərimiz milli qəhrəmanlarımızın qəhrəmanlıqlarından, onların şücaətindən, eyni zamanda milli-mənəvi dəyərlərimizdən, adət ənənələrimizdən az məlumatlıdırlar və bu sahədə işlərin aparılmasına ehtiyac var.
Tədbirdə cıxış edən GİN-n məsul işcisi R.Məmmədov, Milli karate fedrasiyasınınbaş katibi C.Seyidov, baş məşqici V.Eyvazov, GVB-nin KIV üzrə sədrin müşaviri J.Tofiq qızı, GVB-nin İctimai siyasi əlaqələr üzrə müşaviri N.Niftiyev, Qacqın və məcburi köckünlərlə iş şöəsinin müdürü C.Yusibov, KİV üzrə koordinator P.Səfərov, təşkilat komitəsinin üzvü E.Axundov və başqaları bu yönümlü layihələrin vacibliyindən, uşaq, yeniyetmə və gənclər arasında vətənpərvərlik istiqamətində tərbiyədən, onlar arasında psixoloji və idioloji işlərin gücləndirilməsindən söz açdılar. Konfrans başa catdıqdan sonra diskussiyalar idman bölmələrində davam etdirildi. Tədbirin sonunda iştirakçılara, idmançılara, qonaqlara və tədbirdə iştirak edən valideynlərə rəngli bukletlər və fəxri diplomlar, təsvirli köynəklər təqdim edildi
|