Vətən bizim and yerimiz + - Çap Yerləşdirilib: 07.09.12 | Baxılıb: 48
qhtxeber.az// Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Gənclər vətənpərvərlik ruhunda” adlı layihə çərcivəsində Xırdalanda Azərbaycan HİİTA–ın Pəhlivan klubu ilə birgə Əsul Kənd Könüllülər İdman Cəmiyyətində “Vətən bizim and yerimiz. Vətəni qorumaq şərəfli işdir” mövzusunda elmi-praktik konfrans və təlim keçirilib. qhtxeber.az-ın məlumatına görə, tədbirdə layihə köməkçisi N.Quliyev layihənin məqsədindən və layihə çərçivəsində keçirilən tədbir və təlimlərdən onun mahiyyətindən söhbət açıb. Layihə üzrə təşkilat komitəsinin üzvü Elçin Axundov bildirib ki, bu layihədə könüllü olaraq Qərb bölgələrində gənclərin vətənpərvərlik ruhunda tərbiyəsini gücləndirmək üçün təbliğat və təşviqat işlərin aparılmasını nəzərdə tutulub. Layihə rəhbəri Muğan Əliyev layihə çərcivəsində keçirilən tədbirlərin mahiyyətindən, aparılan maarifləndirmə işlərindən və bu layihədə çoxsaylı gənclərin faydalanmasından söhbət açıb. Tədbirdə Pəhlivan idman klubunun sədri C. Allahverdiyev, sədr müavini İ.Əliyev, klubun məşqicisi E.Qafarov bildiriblər ki, gənclərin asudə vaxtlarını səmərəli keçirmək üçün məktəblərdə kütləvi idman təbliğatını gücləndirmək və onları idman bölmələrinə, dərnəklərə cəlb olunmaları mühümdür. Tədbirdə İdman Tələbə Gənclər Respublika Şurasının sədri T.Xanəliyev, idman ictimayətinin nümayəndələri İ.Nəsirov, İ.Zeynallı, “Sindryu” karate federasiyasının baş məşqiçisi A.Quliyev, Pəhlivan klubun təlimatçısı T.Tağızadə, Qarabağ veteranı S.Qiyasov, idman veteranı A.Əşrəfov, R.Seyidov, C.Əliyeva və digərləri mövzu ilə bağlı ətraflı məlumat veriblər, bu layihənin davamlı olmasını bildiriblər.
Hazırladı: Jalə
|