Gənc Vətənpərvərlər Birliyi elmi-praktik konfrans keçirib
AZADİNFORM. Gənc Vətənpərvərlər Birliyi Gənclər və İdman Nazirliyin maliyyə dəstəyi ilə “Gənclər Vətənpərvərlik Ruhunda” adlı layihə çərçivəsində Azərbaycan HİİTA-nın Pəhləvan klubu ilə birgə “Vətən bizim and yerimiz, vətəni qorumaq şərəfli işdir” mövzusunda elmi-praktik konfrans və təlim keçirib. Bu barədə məlumatı “Azadinform”a birlikdən veriblər.
Layihə rəhbərinin köməkçisi N.Quliyev layihənin məqsədindən və layihə çərçivəsində keçirilən tədbirlərdən danışıb. Layihə üzrə təşkilat komitəsini üzvü Elçin Axundov çıxış edərək bildirdi ki, bu layihə könüllü olaraq Qərb bölgələrində idman cəmiyyətlərində, ictimai yerlərdə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsini gücləndirmək üçün təbliğat və təşviqat işləri birliyin yerli qurumu tərəfindən aparılır.
“Pəhləvan” idman klubun sədri C.Alahverdiyev, sədr müavini İ.Əliyev bildirib ki, gənclərin vətənpərvərlik ruhunda tərbiyəyə böyük ehtiyac duyulur. Tədbirdə İdman Tələbə Gənclər Respublika Şurasının sədri T.Xanəliyev, idman ictimaiyyətinin nümayəndələri İ.Nəsirov, İ.Zeynallı, A.Quliyev və digərləri bu layihənin davamlı olmasını bildiriblər.
Sonda fəal gənc idmançılara təsvirli köynək və ulu öndər Heydər Əliyevin əksi olunmuş döş nişanı təqdim olunub.
|