Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2012 » Sentyabr » 11 » GİN maliyə dəstəyi ilə Gənclər vətənpərvərlik ruhunda adlı layihə çər -də DİN İC tədbir keçirili
13:50
GİN maliyə dəstəyi ilə Gənclər vətənpərvərlik ruhunda adlı layihə çər -də DİN İC tədbir keçirili
lər Birliyi Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti ilə görüş keçirib
Şrift ölçüsü
10 Sentyabr 2012 [18:30] - Yeni nəsil


Gənc Vətənpərvərlər Birliyi “Yeniyetmə və gənclər arasında vətənpərvərlik tərbiyəsində İdman Cəmiyyətlərinin rolu” mövzusunda elmi-nəzəri praktiki konfrans keçirib.

Gün.Az xəbər verir ki, konfrans Daxili İşlər Nazirliyin (DİN) İdman Cəmiyyəti ilə birgə baş tutub.

Tədbirdə DİN-in İdman Cəmiyyətinin idman-təlim şöbəsinin baş inspektoru polkovnik leytenant E.Babayev, stend atıcılıq üzrə baş məşqçisi H.Çəfərov, idman məsələləri üzrə mütəxəssis E.Xudaverdiyev və digər şəxslər iştirak ediblər.

DİN-in İdman Cəmiyyətinin sədri, polis polkovniki Sahib İsmayılov yeniyetmə və gənclər arasında pis vərdişlərə, siqaret, spirtli içkilərə, narkotik maddələrə qoşulmaması üçün onları idman bölmələrinə cəlb olunmalarını və yerlərdə maarifləndirmə işlərinə böyük ehtiyac olduğunu bildirib.

Layihə köməkçisi N.Quliyev layihə çərçivəsində keçirilən effektiv tədbirlərin mahiyyətindən aparılan maarifləndirmə işlərindən və bu layihədə çoxsaylı gənclərin faydalanmasından söhbət açıb.

Tədbir daha sonra cəmiyyətin idman bölmələrində davam etdirilib.

DİN-in İdman Cəmiyyətinin sədri, polis polkovniki Sahib İsmayılov isə gənclər arasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsində göstərdiyi təşkilatçılıq və effektiv tədbirlərin həyata keçirilməsində göstərdiyi səy və xidmətlərə görə GVB-nin fəxri diplomu ilə təltif olunub.

Sonda tədbir iştirakçılarına rəngli bukletlər, fəal gənc idmançılara təsvirli köynək və ümummilli liderin əksi olan döş nişanı təqdim olunub.

Fidan Əliyeva
Gün.Az

URL: http://www.gun.az/nesil/49816

Baxışların sayı: 109
Baxışlar: 536 | Əlavə etdi: GVB | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Sentyabr 2012  »
BBeÇaÇCaCŞ
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30
Yazıların arxivi
Design by UsiGroup  © 2024