Gənc Vətənpərvərlər Birliyi konfrans keçirib
AZADİNFORM. Gənc Vətənpərvərlər Birliyi Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Gənclər vətənpərvərlik ruhunda” adlı layihə çərçivəsində Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti ilə birgə “Yeniyetmə və gənclər arasında vətənpərvərlik tərbiyəsində İdman cəmiyyətlərinin rolu” mövzusunda konfrans və təlim keçirib. Məlumatı “Azadinform”a GVB-dən veriblər.
Konfransda DİN-n İdman Cəmiyyətinin sədri, polis polkovniki Sahib İsmayılov layihənin əhəmiyyətindən bəhs edib. Belə tədbirlərin idman cəmiyyətləri, ümumtəhsil məktəblərində keçirilməsinin vacibliyini qeyd edib. GVB-nin rəhbəri M.Əliyev bildirib ki, layihə çərçivəsində Bakı, Abşeron və Qərb bölgələrində bir sıra tədbirlər keçirilib və bu iş davam etdiriləcək.
|